Seçenov Universitetinin Bakı filialında Bilik günü qeyd edilib
16.09.2017 [10:58]
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı Filialında Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr edilmiş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev, birinci prorektor, Seçenov Universitetinin innovasiya siyasəti və beynəlxalq fəaliyyəti üzrə prorektor, professor Andrey Svistunov və Universitetin qəbul komissiyasının məsul katibinin müavini Dmitri Morozov iştirak ediblər.
Filialın rektoru professor Əziz Əliyev tədbirdə çıxış edərək birinci kurs tələbələrini dərs ilinin başlanması münasibətilə təbrik edib, bu filialın təsis olunmasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı Filialı Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında, habelə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Ə.Əliyev deyib: “2015-ci il sentyabrın 15-də dünyanın ən nüfuzlu ali məktəblərindən birinin Bakı Filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, İ.M.Seçenov adına Birinci MDTU-nun məzunu və fəxri professoru Mehriban Əliyeva həmin tədbirdə iştirak edib. Filialın yaradılmasının məqsədi Azərbaycanda tibbi təhsili təkmilləşdirmək, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək, habelə ölkə vətəndaşlarının Rusiyanın tibbi profilli təhsil müəssisələrində təhsil almaq arzusunu təmin etməkdir. Bakı Filialına göstərilən dəstəyə görə Seçenov Universitetinin rektoru, professor Pyotr Qlıboçkoya da təşəkkürümü bildirmək istəyirəm. Bakı Filialında “Müalicə işi” ixtisası üzrə kadrlar hazırlanır. Hazırda Bakı Filialında üç kursda oxuyan tələbələrin ümumi sayı 350 nəfərdir. Bu il 216 nəfər abituriyent ərizə vermişdi. Qəbul imtahanlarının nəticələrinə əsasən onlardan 125 nəfəri birinci kursa qəbul edilib. Bizdə müəllimlərin 90-95 faizi Moskvadan olan professorlardır. Onlar ən yüksək səviyyədə mühazirələr oxuyurlar”.
Rektor Ə.Əliyev çıxışında vurğulayıb ki, Rusiya Tibb Universitetinin Bakı Filialının rəhbərliyi həmişə tələbələri dəstəkləyir. Rektor daha sonra deyib: “Biz Rusiyanın, ABŞ-ın və Almaniyanın aparıcı klinikaları ilə, habelə ölkəmizin aparıcı tibb müəssisələri ilə kontraktlar bağlamışıq. Təhsildə fərqlənən tələbələr təcrübə keçmək üçün həmin klinikalara göndəriləcək”.
Professor Ə.Əliyev onu da qeyd edib ki, həkimlik peşəsi dünyada ən nəcib, ən humanist və zəruri peşələrdən biridir. Ə.Əliyev vurğulayıb: “Yaxşı biliklərə yiyələnmək, ən çətin vəziyyətlərə hazır olmaq mümkündür, lakin insanlara sevgi və onların ağrı-acısını bölüşmək hissi olmasa, yaxşı həkim ola bilməz, çünki həkimin vəzifəsi xəstələrin əziyyətini yüngülləşdirmək, onları ölümdən xilas etməkdir. Ən başlıcası, xəstənin ovqatından, sosial statusundan, onun xəstəliyinin ağırlıq dərəcəsindən asılı olmayaraq həkim bütün xəstələrə eyni dərəcədə şəfqət və qayğı hissi ilə yanaşmalıdır”.
Moskva Universitetinin birinci prorektoru, professor Andrey Svistunov tədbirdə çıxış edərək, Rusiya ali məktəbi barədə tələbələrə məlumat verib. Qeyd edilib ki, Seçenov Universiteti beynəlxalq reytinqdə Rusiyanın tibbi profilli ən yaxşı ali məktəbidir. A.Svistunov vurğulayıb: “2018-ci ildə biz Rusiyanın ən iri, aparıcı və ən qədim tibbi ali məktəbinin yaradılmasının 260 illiyini qeyd edəcəyik. İ.M.Seçenov adına birinci MDTU-nun məşhur məzunlarından görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun, sovet və Rusiya alimi, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktoru, Rusiya Tibb Elmləri Akademiyasının akademiki və prezidenti (2006-2011-ci illərdə), akademik Mixail Davıdovun adlarını çəkmək olar. Təbii ki, bu tədris müəssisəsinin ən məşhur məzunu sonradan adı bu ali məktəbə verilmiş İvan Mixayloviç Seçenovdur. Seçenov Universitetinin məşhur məzunları sırasında rusiyalı kardiocərrah, A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Elmi Mərkəzinin Elmi Şurasının sədri və Dissertasiya Şurasının sədri, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriyanın da adlarını çəkmək istərdim. Əlbəttə, bizim ali məktəbin məşhur qadın məzunlarından biri Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, hazırda İ.M.Seçenov adına Birinci MDTU-nun fəxri professoru olan Mehriban Əliyevadır. Qeyd etmək istəyirəm ki, böyük alimlər və məşhur insanlar pleyadasını yetişdirmiş ən yaxşı Rusiya ali məktəbində təhsil almaq sizin üçün tale qisməti və nadir imkandır”.
Tədbirin sonunda rektor Ə.Əliyev tələbələrə təhsildə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

