/ / “Azərbaycan multikulturalizmi” fənni daha iki nüfuzlu xarici ölkə universitetində tədris olunacaq
“Azərbaycan multikulturalizmi” fənni daha iki nüfuzlu xarici ölkə universitetində tədris olunacaq
27.09.2017 [10:14]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda layihə çərçivəsində Azərbaycanda 42, dünyanın 15 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.
BBMM-in mətbuat xidmətindən bildiriblər ki, bu ilin oktyabrından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabrdan dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin mədəniyyət və cəmiyyət fakültəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.
İkinci universitet isə Yaponiyanın Hokkaydo Universitetidir. “Azərbaycan multikulturalizmi” fənnini Hokkaydo Universitetinin nəzdində fəaliyyət göstərən Slavyan Avrasiya Tədqiqatları Mərkəzində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru Əlibəy Məmmədovun tədris edəcəyi planlaşdırılır.
Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, ötən il nəşr edilən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və bu günlərdə işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksələcəyinə inam yaradır. İndi dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək “Azərbaycan multikulturalizmi” fənninin özlərinin aparıcı ali təhsil müəssisələrində tədrisi məqsədilə təkliflərini irəli sürür, bununla yaxından maraqlanırlar.
Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 17-ə çatıb.
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

