Azərbaycan ətriyyatçıları unikal ətir təqdim edir... Naftalan nefti ilə
21.10.2017 [09:21]
Bu günlərdə Bakıda İkinci Beynəlxalq Ticarət Festivalı keçirilir. Festivalda dünyanın iri ticarət markaları ilə yanaşı, milli şirkətlər də iştirak edir. Onların arasında Azərbaycana məxsus “Unique” parfümeriya brendi də var. Firma butikinin vitrininə festivalın loqotipi - ürək şəkilli yarpaq və şüar yapışdırılıb: “Ürək al-al deyr!”.
Şirkətin baş direktoru Burhan Salam Bakıya gələn qonaqların nə üçün mütləq bu mağazaya baş çəkməli olduqlarından danışıb. “Ətir alıcısı turistdir. O, uzun müddət yaddaşlarda qalacaq bir hədiyyə aparmaq istəyir. Bizim ətirlər bunun üçün əla fürsətdir, çünki onlar da Azərbaycanın bir hissəsidir”, - deyə Burhan Salam bildirib.
“Moskva-Bakı”ya müsahibəsində Burhan butikin daimi qonaqları olan məşhurlardan danışıb, ən populyar ətirlərindən birinin tərkibini açıqlamaqla, bizi çox təəcübləndirib. Sən demə, onun tərkibində Naftalan nefti var imiş.
- Burhan, milli parfümeriya brendini inkişaf etdirmək fikri hardan yarandı?
- Uşaqlıqda biz qardaşımla (Çingiz Salam - şirkətin digər təsisçisi) ətirlərlə çox maraqlanırdıq. Düzünü desəm, ətir istehsal etmək ideyası birinci onun ağlına gəlib. Və budur, bizim brendin artıq 5 yaşı var. İldən-ilə biz daha çox improvizələr etməyə çalışır, yeni nəsə axtarırıq. İndiyədək 18 ətir yaratmışıq.
- Ətirlərinizin tərkibinə nələr daxildir?
- Yalnız yerli xammal! Azərbaycanda yetişən sitrus, qızılgül, çəmən çiçəklərindən çox istifadə edirik. Bir də yerli ədviyyat olan zəfəran.
Turistlər üçün milli ətir seriyaları istehsal edirik. Onları yaradarkən nəyi rəhbər tuduğumuzu indi sizə də danışaram. Adətən qonaqlar Azərbaycandan özləri ilə nə aparır? Paxlava, şəkərbura, digər şirniyyat növləri... Əlbəttə, bu, çox dadlıdır. Lakin, axı adam nəsə qeyri-adi bir şey almaq istəyir. Elə isə nə üçün bu qeyri-adi hədiyyə ətir olasın? Bununla, qonaqlar özlərilə Azərbaycanın bir hissəsini aparır.
Bizim kolleksiyada elə bir ətir var ki, onun istehsalında dünyada məşhur olan Naftalan neftindən istifadə edilir. Bu seriya Azərbaycanın neft sənayesinə həsr olunub. Baxın, bu, onun hədiyyə qutusudur, onun içərisində təkcə ətir yox, həm də xam neftlə dolu flakon tapa bilərsiniz.
- Çox tünd qoxusu var. Yəqin bu kişi ətridir?
- Düzünü desəm, onunla qadınlar da maraqlanır. Lakin, haqlısınız, onun ətri tünd və ciddidir.
- Kimdir bu ətirdən istifadə edən insan?
- Uğur qazanmış, özünü təsdiqləmiş, öz dəyərini bilən insan. Bir sözlə, bu, tələbə variantı deyil. Onu siyasətçilər, məşhurlar sevir.
- Bəlkə məşhur müştərilərinizin adlarını çəkəsiniz?
- Bizim məhsul Rusiyanın Birinci Kanalında Andrey Malaxovun verilişində olub. Filip Kirkorovun adından sifarişlər almışıq. Qərb ulduzlarından butikimizə məşhur “rəqs edən milyonçu” Janluka Vaççi baş çəkib. O, öz rəfiqəsilə Bakıda olarkən buraya da gəlmişdi. Rusiya və Qazaxıstandan həmişə sifarişlərimiz olur. Bizim Azərbaycan brendi MDB ölkələri ilə yanaşı, arıq yavaş-yavaş dünyanı da fəth etməkdədir.
- Nə üçün məhz sizin ətirləri almaq lazımdır? Əsas arqumentiniz nədir?
- Əminliklə deyə bilərik ki, bu, dünyanın ən qalıcı ətirlərindən biridir! Biz hər adama fərdi yanaşma nümayiş etdiririk. Müştəri istəyərsə, ətirin müəlliflərindən biri kimi çıxış edə bilər. Qablaşdırmanın üzərinə yazılmaqla, adlı ətirlər də hazırlayırıq.
- Belə qoxular nə qədər qalır?
- Bu, bir çox amildən asılıdır. Ümumiyyətlə, 3-4 gün rahat qala bilər.
- Butikinizə gələn ən qeyri-adi alıcını xatırlayırsınız? O, nə aldı?
- Bu, Küveytdən olan turist idi. Gəldi, baxdı, 2 qutu ətir aldı, sonra yenidən qayıtdı və çoxsaylı qohum-əqrabası üçün daha 35 ədəd istədi.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

