/ / Tbilisi Dövlət Universitetində azərbaycanlı alimin gürcü dilində çapdan çıxmış kitabının təqdimatı olub
Tbilisi Dövlət Universitetində azərbaycanlı alimin gürcü dilində çapdan çıxmış kitabının təqdimatı olub
21.10.2017 [09:22]
Oktyabrın 20-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub.
Universitetin prorektoru Mixeil Çxenkeli deyib ki, bu gün ölkələrimiz arasında elm sahəsində də əlaqələr sürətlə inkişaf edir. Bu cür kitablar elm və təhsil sahəsində münasibətlərimizin inkişafında mühüm rol oynayır. O, Rza Talıbovun kitabını olduqca sanballı tədqiqat əsəri adlandırıb. Prorektor kitabın gürcü dilində nəşr olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb, xalqımızın Ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində münasibətlərimizin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Səfir diplomatik münasibətlərimizin 25-ci ildönümü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin, alimlərimizin əsərlərinin hər iki dildə tərcümə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün oxuculara təqdim olunan kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.
Kitabın tərcüməçisi, professor Cabuki Kiriam, tarixçi alim, professor Quram Marxuliya və başqaları çıxış edərək elmi əsərin mahiyyətindən danışıblar. Bildirilib ki, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.
Xəbər lenti
Hamısına baxDünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54

