Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib

09.11.2017 [01:42]

Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisi keçirilib.
AZƏRTAC xəbər verir ki, Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.
Məclisdə yekdilliklə qərara alınıb ki, AHİK-in V qurultayı 2018-ci il fevralın 5-də Bakı şəhərində keçirilsin.
Məclisdə daha sonra “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Bu münasibətlə çıxış edən S.Möhbalıyev qeyd edib ki, Məclisin bugünkü yığıncağı 10 noyabr - Ümumdünya Gənclər Günü ərəfəsində keçirilir. Bu barədə qərar Gənclər Təşkilatları Beynəlxalq Birliyinin (ÜDGF) 1945-ci il Londonda keçirilən konfransında qəbul edilib. Ümumdünya Gənclər Gününün keçirilməsində əsas məqsəd gənclərin problemlərinin daha qabarıq şəkildə nəzərə çatdırılması və onların həlli yolunda tədbirlərin görülməsidir.
AHİK sədri qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə üçün başlıca məsələdir. Dünyada işçi qüvvəsinin dörddəbirini gənclərin təşkil etdiyi bir vaxtda işsizlərin yarısı məhz onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin edilməsində böyük çətinlik çəkir. Hazırda dünyada 29 yaşa qədər 3 milyarddan çox insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır. Hər gün aclıqdan 30 min gənc ölür və 7 min gənc QİÇS virusuna yoluxur.
Bildirilib ki, Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir.
Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalayarkən demişdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
S.Möhbalıyev deyib ki, Ulu öndərin gənclərə bu böyük inamı Onun hakimiyyətdə olduğu illərdə də, sonrakı dövrlərdə də özünü doğrultdu. Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. Belə ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, “Gənclər İli”nin elan edilməsi, “Dövlət gənclər siyasəti” və “2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası” haqqında Fərman və fəaliyyət proqramlarının təsdiqi gənclərə diqqət və qayğının göstəricisidir.
Qeyd edilib ki, BMT tərəfindən dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılıb və on üzv ölkə lider müəyyən olunub. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilib. Prezident İlham Əliyevin təbirincə desək, “Gənclər... cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar”. Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş imkanlar açılıb.
Sonda “İlin peşəkar gənci” fəxri adını alan qaliblərə mükafatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31