Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvanda “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçiriləcək

Naxçıvanda “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçiriləcək

02.12.2017 [01:23]

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçiriləcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi Prezident İlham Əliyev tərəfindən istər “Multikulturalizm”, istərsə də “İslam Həmrəyliyi” illərinin elan olunması kimi tarixi əhəmiyyətli qərarların bünövrəsində duran Ulu öndər Heydər Əliyevin uca mənəviyyat yolunun, dini həmrəylik ənənəsinin yad edilməsidir.
Naxçıvan konfransının “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş tədbirlər silsiləsində özəl yeri onun Ulu öndərin anım günü, qarşıdan gələn 95 illik yubileyi ərəfəsində təşkil olunması, habelə Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı statusu alması ilə əlaqədardır.
Konfransda QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə ilə bərabər, ənənəvi dini konfessiyaların başçıları - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete, Milli Məclisin deputatları, tanınmış elm xadimləri də iştirak edəcəklər.

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31