Azərbaycan Əfqanıstanda sabitlik, sülh və inkişafa böyük töhfələr verir
05.12.2017 [10:22]
Bu gün Azərbaycan həyata keçirdiyi regional və qlobal layihələrlə bütün dünyanın diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir çox ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edirlər. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu və nüfuzu günbəgün artır. Bu günlərdə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə işgüzar səfərə gəlməsi, Prezident İlham Əliyevlə keçirilən görüşlər, imzalanan sənədlər qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərdə qurulması sahəsində böyük önəm kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Vüqar Rəhimzadə deyib ki, səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi-ticarət, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təhsil sahələrində əməkdaşlıq, təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti, eləcə də hava xidmətləri haqqında sazişlər imzalandı. Qeyd edilən sahələrdə ölkələrimiz arasındakı gələcək əməkdaşlıq uğurla inkişaf edəcək.
Sevindirici haldır ki, Azərbaycan və Əfqanıstan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Müasir dövrün əsas məsələlərindən biri beynəlxalq müstəvidə uğurlu strategiya qurmaq, milli maraqları tam şəkildə müdafiə etməklə müstəqil siyasət aparmaqdır. Olduqca mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan bunu bacarır və dünya miqyasında söz sahibi kimi öz haqlı mövqeyini müdafiə edir. Azərbaycan Prezident İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşü zamanı mətbuata bəyanatında bu məqama toxunaraq qeyd edib: “Ölkələrimiz arasında gözəl siyasi əlaqələr var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Ümid edirəm ki, bu əməkdaşlığın gələcək perspektivləri daha uğurlu olacaq”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu gün Azərbaycan dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edir: “Təbii ki, bu yenilik və inkişaf yeni və daha mütərəqqi islahatlara əsaslanır. Bu mənada Azərbaycan brendi olan “ASAN xidmət”i xüsusi olaraq vurğulamaq lazımdır. Sevindirici haldır ki, bu xidmət növü dünyada maraqla qarşılanır və böyük dəstək qazanır. Dövlət başçılarının görüşü zamanı Prezident İlham Əliyev fəxr etdiyini bildirdi ki, Əfqanıstan “ASAN xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. Dövlətimizin başçısı deyib: “ASAN xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik”. Bununla yanaşı, Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar.
Əfqanıstan Prezidenti isə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlu təcrübələrin ölkəsində tətbiq edilməsindən məmnunluğunu ifadə etdi”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33

