“Nar” cari ilin nəticələrini açıqladı
07.12.2017 [09:49]
“BakuTel-2017” XXIII beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində mətbuatla görüş təşkil edən “Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyyətləri ilə tanış edib. Çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar” şəbəkəsinin, işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93 faizini əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə - Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və “Nar” LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab verən IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66 faiz artımın müşahidə edildiyi barədə geniş məlumat verilib.
Görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır və kənar səslərin təsirini minimuma endirir.
Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar”ın zəng xidmətləri üzrə ölkədə ən yüksək nəticə göstərmiş rabitə operatoru olduğu müəyyən edilib.
“Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdığımız irihəcmli sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, “Nar” mobil zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail oldu. Şəbəkədə data trafikinin həcmi 58 faiz, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq bu günə qədər olan ən yüksək həddə çatdı”, - deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil operatorun əsas uğurları barədə danışarkən qeyd edib.
Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan “Nar”ın “Qutu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldan yararlanan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanırlar.
Görüşdə “Nar”ın sponsorluq fəaliyyəti və korporativ sosial məsuliyyət (KSM) strategiyasından da söhbət açıldı. Ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmış “Nar”ın 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 Oyunları və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildiyi qeyd edilib.
KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş “Təlim məktəbi” layihəsinin önəmi də vurğulandı. Artıq 3 ildən çoxdur ki, “Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

