Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib
19.12.2017 [10:04]
Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komitəsinin sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 27 noyabr tarixli Sərəncamın əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu sənədin milli mənəvi və dini dəyərlərimizə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. Ayrılan maliyyə vəsaitinin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf edildiyini diqqətə çatdırıb.
Komitə sədri qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə və xurafatla mübarizədə öz müsbət təsirini göstərməkdədir.
Eyni zamanda, dini icma sədrlərinə layihələrin icrası zamanı İslam dini və mədəniyyətinin təbliğinə, milli mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına xüsusi diqqət yetirmələri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri tövsiyə olunub.
Layihələri maliyyələşdirilən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik”, Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icması “Azərbaycanda İslam Həmrəyliyi: dünən və bu gün”, Şirvan şəhəri “‘Zeynalabidin” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması “İslam həmrəyliyi və milli mənəvi dəyərlərimizin təbliği”, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər Cümə” məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzularında maarifləndirmə tədbirləri keçirəcəklər.
Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlətimizin başçısının bununla bağlı Sərəncamını tarixi hadisə hesab edir və öz minnətdarlıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

