ƏƏSMN ilə BDU arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
18.01.2018 [10:09]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Bakı Dövlət Universiteti (BDU) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə xidmət edir. Nazirlikdən verilən məlumatda bildirilir ki, memorandumun imzalanması tədbirini giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ölkəmizin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətindən, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində sosial müdafiə sisteminin möhkəmləndirilməsindən bəhs edib. 2004-cü ildə ölkəmizin Avropa Sosial Xartiyasına qoşulduğunu deyən rektor Bakı Dövlət Universitetində sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı istiqamətində görülən işləri diqqətə çatdırıb. A.Məhərrəmov onu da vurğulayıb ki, BDU ilə ƏƏSMN arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də məhz qeyd edilən məqsədlərə xidmət edir.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına imkan yaratdığını, bu sistemin mühüm komponentlərindən birinin də çətin həyat şəraitində olan şəxslərə sosial xidmətlərin göstərilməsi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bu sahədə tədbirlərin davamı kimi, ötən il 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə evlərində sosial xidmətlərin göstərilməsi, nazirliyin sosial sifarişlər üzrə 29 qeyri-hökumət təşkilatının icra etdiyi 61 layihə üzrə 4,1 min nəfər çətin həyat şəraitində olan uşağın, habelə müvafiq hallarda onların ailələrinin reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmaları təmin edilib. S.Müslümov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyətindən də bəhs edib, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş 209 nəfər məzununun mənzillə təmin edildiyi müəssisədə xalça və tikiş sexlərinin açıldığını, burada yaşayanların məşğulluğunun təminatı üçün müvafiq işlərin aparıldığını bildirib.
S.Müslümov bildirib ki, yeni hazırlanan və 2018-2022-ci illəri əhatə edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası”nda da sosial xidmət sistemində insan resurslarının inkişafı, kadr potensialının beynəlxalq standartlara uyğunlaşdırılması əsas fəaliyyət istiqamətləri sırasında yer alıb. Nazir sosial iş sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması üçün müvafiq ixtisasa yiyələnən tələbə və magistrantların təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
Daha sonra S.Müslümov və A.Məhərrəmov əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar. Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə Nazirliyin müvafiq əməkdaşlarının Universitetin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə Universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

