“Azərbaycan tarixən tolerantlığın ünvanı olub”
13.02.2018 [09:58]
Azərbaycan tarixən tolerantlığın ünvanı olub. Bu ölkədəki dini dözümlülük bütün xalqlara nümunə olmalıdır.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Qafqaz Müsəlmanları İdarəsində keçirilən görüşdə belə deyib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İslam aləmində dünyəvi dövlətin nümunəvi modellərindən biri kimi tanınan Azərbaycanın dünyada vəhdətin yaradılması prosesinə öz töhfəsini verdiyini söyləyib. O bildirib ki, etnik və dini müxtəliflik ölkəmizin sərvəti kimi dəyərləndirilir. Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir. Kilsə və sinaqoqların tikintisinə və təmirinə dövlət tərəfindən maliyyə yardımı edilir.
Şeyxülislam bildirib ki, Prezident Əliyevin sərəncamları ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bu illər çərçivəsində keçirilən çoxsaylı tədbirlər bütün dini icmaların bir araya gəlmələrinə hesablanmışdı. Allahşükür Paşazadə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi bütün tədbirlərdə katolik, pravoslav və yəhudi icmalarının rəhbərləri ilə birgə fəaliyyət göstərir.
Papa Fransiskin 2016-cı ildə ölkəmizə səfərini xatırladan şeyxülislam ali qonağın Bakıdakı Katolik Kilsəsində olduğunu, Heydər məscidində bütün dini icmaların rəhbərləri ilə görüşdüyünü bildirib. Şeyxülislam əlavə edib ki, səfəri zamanı Vatikan rəhbəri Azərbaycanı tolerant ölkə kimi gördüyünü vurğulayıb.
Azərbaycan-Vatikan münasibətlərindən danışan şeyxülislam əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrimizin bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yüksək səviyyədə olduğunu vurğulayıb. O deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti sayəsində Vatikanla humanitar əlaqələrdə mühüm nailiyyətlər əldə olunub.
Azərbaycana ilk dəfədir səfər etdiyini deyən arxiyepiskop Paul Riçard Gallager ölkəmiz haqqında çox məlumatlı olduğunu qeyd edib, bu səfərindən məmnunluğunu bildirib. Papa Fransiskin fərmanı ilə Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən Paul Riçard Gallager bunu Müqəddəs Atanın Azərbaycandakı katolik icmasına, eləcə də Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi kimi dəyərləndirib. Ölkəmizdə mövcud olan dinlərarası dialoqun Müqəddəs Taxt-Tac tərəfindən yüksək qiymətləndirildiyini söyləyən qonaq bildirib ki, arxiyepiskop və ravvinin eyni tədbirdə iştirakı Azərbaycanda dini dözümlüyün olmasının daha bir göstəricisidir.
Görüşdə Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və ordinari Vladimir Fekete çıxış edərək ölkəmizdəki dini dözümlüyün yüksək səviyyədə olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

