İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri qardaşlaşıb
08.03.2018 [08:41]
Martın 7-də İsmayıllı və İsrailin Kiryat Bialik şəhərləri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən imzalanma mərasimində İsrailin Azərbaycandakı səfiri Dan Stav da iştirak edib.
Qonaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin adını daşıyan mərkəzlə tanış olublar.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı rayonu, onun tarixi, milli tərkibi, müstəqillik illərindəki sürətli inkişafı, sosial-iqtisadi sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verib.
Səfir Dan Stav İsraillə Azərbaycanın strateji əməkdaşlığından danışıb, iki şəhər arasında qardaşlaşmanın qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasında əhəmiyyətini vurğulayıb.
Kiryat Bialik şəhərinin meri, nümayəndə heyətinin rəhbəri Eli Dukorski qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq sazişi insanların daha sıx qarşılıqlı əlaqələrinin qurulması, ünsiyyətin yaranması baxımından çox faydalı olacaq.
Sonra İsmayıllı və Kiryat Bialik şəhərləri arasında “Qardaş şəhərlərin əməkdaşlığı” haqqında saziş imzalanıb. Sazişi rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Kiryat Bialik şəhərinin meri Eli Dukorski imzalayıblar.
Qeyd edək ki, israilli qonaqlar səfər çərçivəsində İsmayıllı şəhərində, Lahıc qəsəbəsində, İvanovka və vaxtilə yəhudilərin yaşadıqları Mücühəftaran kəndində olub, şəhərdəki tarix-diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, velosiped istehsalı zavoduna gedib, Od çərşənbəsi bayramında iştirak ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

