Çində Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib
24.04.2018 [09:41]
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Ukrayna, Belarus, Çin və Gürcüstanın universitetlərində təşkil olunub.
Aprelin 22-də Çinin Huzhou Universitetində Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Bir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib. İclasda Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti, Huzhou Universitetinin professor-müəllim və tələbə heyəti, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Çinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak ediblər. Bölmə iclası öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.
Tədbirdə Huzhou Universitetinin prezidenti Zhang Licinin və Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevin təbrik və təşəkkür məktubu oxunub.
Açılış nitqi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Professor bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib və bu gün xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın gələcək inkişafı üçün Azərbaycanda hüquqi baza artıq yaradılıb.
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstrən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yolu” adlı məruzə ilə çıxış edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir, Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.
Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru professor Yan Denke “İpək Yolu üzərində mədəniyyətlərarası dialoq” adlı məruzə ilə çıxış edib. Bildirib ki, tarixi “İpək Yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması istiqamətində körpü rolu oynayır.
Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru professor Zhu Din Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycanın bu istiqamətdə apardığı siyasi xətdən danışan professor ölkəmizin Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü olduğunu diqqətə çatdırıb.
Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən “Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü” adlı kitab təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

