Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Xəmsə” milli intellektual oyunu üzrə X Azərbaycan çempionatının final mərhələsinə start verilib

“Xəmsə” milli intellektual oyunu üzrə X Azərbaycan çempionatının final mərhələsinə start verilib

18.05.2018 [09:22]

Mayın 17-də Bakıda “Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında X Azərbaycan çempionatının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev on ildən artıq müddətdə Azərbaycanda “Xəmsə” milli intellektual oyununun uğurla keçirildiyini və bu yarışa marağın ildən-ilə artdığını vurğulayıb. Nazir müavini deyib ki, Gənclər və İdman Nazirliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə layihəsi olan bu çempionat artıq beynəlxalq statusa malikdir. Bu oyun üzrə yarışlar dünyanın 18 ölkəsində təşkil olunur. “Xəmsə” intellektual oyununa qatılan yeniyetmə və gənclərin sayı ildən-ilə artır. Builki yarışda 22 şəhər və rayondan 32 komanda iştirak edir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin fiziki və mənəvi sağlamlığına, onların intellektual inkişafına daim xüsusi önəm verdiyini diqqətə çatdıran İ.Babayev bildirib ki, Ulu öndər bilikli, geniş dünyagörüşlü gənclərin yetişməsini arzulayırdı. Belə intellektual tədbirlər əbədiyaşar liderimizin arzularının reallığa çevrilməsi istiqamətində atılan növbəti addımlardır.
Hazırda ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə edilən nailiyyətlərdən danışan nazir müavini “Xəmsə” milli intellektual oyununun gənclərin və yeniyetmələrin düşüncəsində dərin iz buraxacağına əminliyini bildirib. Qeyd edib ki, bu cür intellektual oyunlar gənclərin biliklərinin daha da artırılmasına, tariximizin, mədəniyyətimizin, zəngin irsimizin öyrənilməsinə mühüm töhfə verəcək.
Sonra “Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında X Azərbaycan çempionatının final mərhələsinə start verilib. Final mərhələsinə mayın 20-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31