/ / ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
26.05.2018 [07:39]
Mayın 25-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Hafiz Paşayev konfransı açaraq Cümhuriyyətin tarixindən və gördüyü böyük işlərdən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə silinməz iz qoyub və ölkəmizin müstəqilliyi üçün möhkəm bünövrə yaradıb. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə göstərilən yüksək ehtiramın göstəricisidir.
Tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən və rolundan bəhs edib. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi. Cümhuriyyətimiz o vaxt həyata keçirdiyi islahatlarla hətta Qərb ölkələrini də qabaqlamışdı. Qadınların səsvermə hüququ təmin edilmiş, milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. Müasir respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin fundamental dəyərləri əsasında mövcudluğu çox önəmlidir.
Nazir qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdi. Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal edildi, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan sürətlə inkişaf etsə də, torpaqlarımızın işğal altında olması hələ də ən böyük problem olaraq qalır.
Nazir vurğulayıb ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqə çevrilib. Həyata keçirilən layihələr Azərbaycanı dünyada enerji istehsalçısı, tranzit ölkə kimi tanıdıb. Bizim Şərq və Qərb arasında olan mühüm rollarımızdan biri də multikulturalizmdir. Bu gün Azərbaycan dünyada həm də multikultural məkan kimi tanınır.
Konfransda digər çıxış edənlər diqqətə çatdırıblar ki, Cümhuriyyət xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyimiz üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. Qısa müddətdə tarixi bir missiyanı yerinə yetirən Azərbaycan Xalq Cümhuriyyəti genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verən Cümhuriyyət bununla bütün dünya demokratiyasına böyük töhfə verib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

