/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milləti yoxdur” adlı aksiya keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milləti yoxdur” adlı aksiya keçirilib
21.06.2018 [10:07]
Artıq ardıcıl olaraq onuncu ildir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubu “Qanın milləti yoxdur” adlı aksiya keçirirlər.
Tədbirin əsas təşkilatçılarından olan RAGB İdarə Heyətinin sədri, tibb elmləri namizədi Samir Əliyev AZƏRTAC-a bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü olan növbəti humanitar donor aksiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzində keçirilib. Yubiley aksiyasında 50-dən çox insan iştirak edib. Onun sözlərinə görə, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara yardım etməklə xeyirxah iş görürlər.
Qan Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Əliheydər Rəhimov hər il təşkil edilən “Qanın milləti yoxdur” donor aksiyasına görə RAGB-nin sədri Leyla Əliyevaya və Azərbaycan klubuna təşəkkür edib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubunun sədri Hava Səfərova bildirib ki, bu cür tədbirlər insanlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir. O deyib: “Biz bu aksiya ilə bütün dünyaya göstərmək istəyirik ki, qan tökülməməli, əksinə paylaşılmalıdır! Donorların aksiyaya qoşulmasını yüksək qiymətləndiririk. Qan insanları birləşdirir. “Bizim damarlarımızdan eyni qan axır” sözləri keçirdiyimiz tədbirdə gerçəkliyə çevrilir”.
Qeyd edək ki, RAGB-nin aksiyaları son on ildə müntəzəm olaraq əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları və tələbələrlə birgə keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

