Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov son mənzilə yola salınıb
26.06.2018 [10:00]
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, mərhumla vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
Məzarın önünə Azərbaycan Respublikası Prezidentinin və müxtəlif hökumət təşkilatlarının kollektivləri adından əklillər qoyulub.
Dəfn mərasimində çıxış edən Baş nazirin müavini Hacıbala Abutalıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailəsinin adından mərhumun doğmalarına başsağlığı verib.
Baş nazirin müavini bildirib ki, Yavər Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.
Mərhumun oğlu Elşən Camalov atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, dəfn mərasimində iştirak edənlərə də ailəsi adından minnətdarlığını bildirib.
Qeyd edək ki, Yavər Camalov 1949-cu il oktyabrın 17-də Sabirabad rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Həmin il “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsinin operatoru, 1973-1995-ci illərdə “Şirvanneft” Neft və Qaz Çıxarma İdarəsində müxtəlif vəzifələrdə işləyib. 1995-2003-cü illərdə ARDNŞ-in “Quruda Neft və Qaz Çıxarma” İstehsalat Birliyinin, 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 mart tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilən Yavər Camalov ömrünün sonunadək bu vəzifədə işləyib.
Ölkəmizin müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Yavər Camalovun özünəməxsus xidmətləri var. Bu vəzifədə çalışdığı müddətdə nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlib, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.
Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülüb və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

