Fransız yazıçı: Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərinə bağlıdır
24.07.2018 [09:28]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 23-də fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühit barədə söz açıb. O, bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımızın təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşdığını diqqətə çatdırıb. Komitə sədri ölkəmizdə dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qanunla qorunduğunu vurğulayıb.
Azərbaycanda bütün dini azadlıqların təmin edildiyini bildirən Mübariz Qurbanlı qonağı ölkəmizdə 2250 məscid, 14 kilsə, 7 sinaqoqun olması, 31-i isə qeyri-islam olmaqla 835 dini icmanın dövlət qeydiyyatına alınması barədə məlumatlandırıb. O, Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə həyata keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladan M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına və təbliğinə böyük həssaslıq nümayiş etdirildiyini bildirib.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin düşüb, dini-tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar erməni vandalizminə məruz qalıb.
Azərbaycana hər səfərində davamlı inkişafın şahidi olduğunu vurğulayan fransız yazıçısı Jerar Kardon ölkəmizdəki tolerantlıq mühitini təqdirəlayiq hal kimi qiymətləndirib. O, xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə bağlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanda dini icmalara göstərilən diqqət və qayğı, eləcə də Azərbaycan-Fransa dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

