“Azərbaycan arxeologiyasının əsasları”
03.08.2018 [09:03]
Azərbaycan ərazisi dünyanın tarixi abidələrlə çox zəngin olan ərazilərindəndir. Burada tarixin bütün dövrlərini əhatə edən və təyinat baxımından son dərəcə müxtəlif olan çoxsaylı maddi mədəniyyət abidələri mövcuddur. Azərbaycan ərazisində yaşı 2-2,5 milyon il təşkil edən Quruçay arxeoloji mədəniyyətindən tutmuş onlarla arxeoloji mədəniyyət qeydə alınmışdır. Hansı ki, burada təşəkkül tapmış həmin mədəniyyətlərin bir qismi bütövlükdə Qafqaz və ona qonşu regionlarda da geniş yayılmışdır. Ötən əsrin 50-ci illərindən etibarən arxeoloji abidələrin ardıcıl və sistemli tədqiqi sayəsində tariximizin bir çox mühüm və aktual problemlərini dərindən və hərtərəfli öyrənmək imkanları yaranmışdır. Qeyd etməliyəm ki, Azərbaycan arxeoloqları bu sahədə, həqiqətən, fədakarlıq nümunəsi göstərmişlər. Sevindirici haldır ki, müstəqillik illərində ölkəmizdə arxeoloji tədqiqatların miqyası daha da genişlənmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti sayəsində Azərbaycan arxeologiya elminin uğurları günbəgün artmaqdadır.
Məlum olduğu kimi, bu və ya digər elm sahəsindəki, o cümlədən arxeologiya sahəsindəki yeniliklərin əldə olunması qədər vacib və əhəmiyyətli vəzifələrdən biri, bəlkə də, elə birincisi həmin yeniliklərin geniş ictimaiyyətə, xüsusən də yetişməkdə olan gənc nəslə çatdırılmasıdır. Dərslik və dərs vəsaitlərinin bu cəhətdən önəmli rolu xüsusilə qeyd olunmalıdır. Bunları qeyd etməkdə məqsədim bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunmuş “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli dərs vəsaitini oxuculara təqdim etməkdir. Kitabın müəllifi arxeologiya elmi sahəsindəki bir sıra uğurları ilə tanınan istedadlı arxeoloq, tarix elmləri doktoru Qafar Cəbiyevdir. Azərbaycanın görkəmli arxeoloqları, AMEA-nın müxbir üzvü Vəli Əliyevin redaktoru, tarix elmləri doktorları Nəcəf Müseyibli və Əsədulla Cəfərovun rəyçiləri olduğu bu gərəkli dərs vəsaiti arxeologiya ixtisası seçmiş doktorant və dissertantlar, habelə ali məktəblərin bakalavr və magistr pilləsində tarix ixtisası üzrə təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının və ADPU-nun Tədris Metodika Şurasının qərarları əsasında nəşr olunmuş bu vəsaitin məziyyətləri barədə söz açmazdan əvvəl onu qeyd edim ki, akademik Teymur Bünyadovun dərs vəsaiti kimi istifadə olunan “Azərbaycan arxeologiyasının oçerkləri” adlı kitabı 58 il bundan əvvəl, 1960-cı ildə nəşr olunub. Xatırladaq ki, bu, Azərbaycanda arxeologiyaya dair nəşr olunan ilk dərs vəsaiti idi. Özü də o zaman arxeologiya elmimiz yeni-yeni inkişaf etdiyindən yazmağa material yox dərəcəsində idi. İndi isə tədqiq olunmuş abidə də, toplanmış material da həddən artıq çoxdur və bunları qruplaşdıraraq, sistemləşdirərək hər kəsin anlaya biləcəyi bir tərzdə oxucuya təqdim etmək tədqiqatçıdan çox böyük ustalıq və məharət tələb edir. Bəri başdan deyim ki, professor Qafar Cəbiyev bu işin öhdəsindən bacarıqla gəlib və oxucu auditoriyasına, həqiqətən, sanballı bir əsər təqdim edib.
Müəllifin kitabın giriş hissəsində qeyd etdiyi kimi, bəşər tarixi iki qrupdan olan mənbələr əsasında öyrənilir: 1. Maddi mədəniyyət nümunələrindən ibarət mənbələr. 2. Yazılı mənbələr. Maddi mədəniyyət nümunələri o mənbələrdir ki, məhz arxeoloqlar tərəfindən aşkar edilir və onlar əsasında tarixi öyrənirlər. Bəşəriyyətin milyon illərlə hesablanan ən qədim tarixi məhz bu yolla öyrənilir. Maraqlıdır ki, bir çox hallarda daş, kağız, papirus, gil lövhələr, dəri və metal üzərində işlənmiş kitabələrdən ibarət qədim yazılı mənbələr də məhz arxeoloji axtarışlar yolu ilə aşkar olunmaqdadır.
İftixarla deməliyik ki, Azərbaycan ərazisində tariximizin bütün dövrlərini tam olaraq özündə yaşadan olduqca çoxsaylı maddi mədəniyyət abidələri şəbəkəsi mövcuddur. Bu, o deməkdir ki, əcdadlarımız qədim daş dövründən başlayaraq tarixin sonrakı mərhələlərində də bəşəri sivilizasiyasının parlaq nümunələrindən ibarət olduqca zəngin irs qoyub getmişlər. Özü də Azərbaycan arxeoloqlarının zaman-zaman aşkarlayaraq tədqiq etməkdə olduqları qədim insan düşərgələri və onlardan əldə olunan zəngin maddi mədəniyyət qalıqları təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə ümumdünya tarixinin də bir sıra mühüm və aktual problemlərinin öyrənilməsində əvəzsiz rola malikdir.
Professor Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” kitabı 37.25 çap vərəqi həcmində olmaqla 14 bölmədən ibarətdir. Müəllif I bölmədə Azərbaycan arxeologiyasının təşəkkül və inkişafı, II bölmədə Azərbaycanın Paleolit-qədim daş dövrü, III bölmədə Mezolit-orta daş dövrü, IV bölmədə Neolit-yeni daş dövrü, V bölmədə Eneolit-Mis daş dövrü, VI bölmədə Tunc dövrü, VII bölmədə isə Dəmir dövrü abidələri barəsində təfsilatı ilə bəhs edib. Hər bir dövrə aid xarakterik abidələr, həmin abidələrdə aparılan tədqiqatlar və onların nəticələri əks olunub. Kitabın VIII bölməsində qədim Azərbaycan dövləti olan Atropatenanın maddi mədəniyyətindən bəhs olunur. Xatırladaq ki, arxeologiyaya dair nəşr olunan dərslik və dərs vəsaitlərində Atropatenanın tarixinə ilk dəfədir ki, belə nisbətən əhatəli şəkildə toxunulub. Kitabın IX-XII bölmələrində qədim Azərbaycan dövləti olan Albaniyanın maddi mədəniyyətindən bəhs olunur. Müəllif tariximizdə bu dövlətin olduqca önəmli yer tutduğunu nəzərə alaraq Albaniyanın maddi mədəniyyəti, əhalisinin təsərrüfat həyatı, ölkədə dini durum və mədəniyyət məsələlərini xüsusi bölmələrdə, həm də nisbətən daha geniş şəkildə işıqlandırıb. Azərbaycanın orta əsr abidələri və onların arxeoloji tədqiqindən kitabın XIII bölməsində bəhs olunur. Azərbaycanın orta əsr şəhərləri, şəhər tipli iri yaşayış məntəqələri, qalaları, memorial tikililəri, qəbir abidələri, əhalinin məşğuliyyəti, dini durum və mədəniyyəti barədə geniş məlumat verilib. Müsbət haldır ki, kitabın bu bölməsində Cənubi Azərbaycan şəhərləri və qalaları barədə bilgilər də öz əksini tapıb. Təqdim olunan dərs vəsaitinin özəlliklərindən biri də Azərbaycanın görkəmli arxeoloqları barədə xüsusi bölmənin olmasıdır. Diqqətəlayiq haldır ki, bu qəbildən olan nəşrlərdə ilk dəfədir ki, Azərbaycanda arxeologiya elminin inkişafında və milli arxeoloq kadrların hazırlanmasında xüsusi xidmətləri olmuş arxeoloqlarımız Ələsgər Ələkbərov, Davud bəy Şərifov, İshaq Cəfərzadə, Saleh Qazıyev, Osman Həbibullayev, Məmmədəli Hüseynov, Qara Əhmədov, İdeal Nərimanov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Hüseyn Ciddi, Rəhim Vahidov, Fazil Osmanov, İlyas Babayev və digərləri haqqında bioqrafik oçerklər daxil edilib.
Kitabın “Arxeoloji abidələr və tapıntılar foto və rəsmlərdə” adlanan sonuncu bölməsinə daxil edilən 164 tabloda arxeoloji tədqiqatları və aşkar olunan nadir maddi mədəniyyət nümunələrini əyani şəkildə özündə əks etdirən 1000-dən çox foto və rəsm verilib. Bu isə vəsaitin elmiliyini və əyaniliyini daha da artırıb. Bütün bunlar tam olaraq onu deməyə əsas verir ki, “Azərbaycan arxeologiyasının əsasları” görkəmli arxeoloq alim Qafar Cəbiyev tərəfindən təhsil ictimaiyyətinə təqdim olunmuş olduqca gərəkli və sanballı bir dərs vəsaitidir. İnanıram ki, tariximizi daha dərindən və hərtərəfli şəkildə öyrənmək yolunda bu kitab tələbə və gənclərimizin stolüstü kitabı olacaqdır.
Fariz Xəlilli,
“Miras” İctimai Birliyinin rəhbəri,
tarix üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

