AQTA Şəki və Zaqatalada sahibkarlarla maarifləndirici görüşlər keçirib
04.08.2018 [08:43]
Avqustun 3-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə Şəki və Zaqatala rayonlarında bu sahədə fəaliyyət göstərən iş adamları üçün maarifləndirmə tədbirləri keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, maarifləndirmə tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən fındıq istehsalçılarına kif göbələklərinin fındığa mənfi təsiri, aflotaksinin əmələ gəlmə səbəbləri, aflotaksinin fındıqda yaranmasının qarşısının alınması yolları ilə bağlı ətraflı məlumatlar verilib.
Sahibkarlara yığım mövsümündən ən azı 5-10 gün əvvəl sahədə olan alaq otlarının təmizlənməsi, məhsulun yığımının isə fındıq tam yetişdikdən sonra həyata keçirilməsi tövsiyə olunub.
Bildirilib ki, yerli məhsulların təhlükəsizliyinə nəzarət sisteminin gücləndirilməsi məqsədilə “tarladan süfrəyə” prinsipinin tətbiqi ilə yüksək keyfiyyətə malik məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Keçirilən görüşlər zamanı fındıq istehsalı və ixracı ilə məşğul olan fermerlərin, ixrac və satış şirkətlərinin biznes fəaliyyətinin tənzimlənməsi müzakirə olunub, fındıq ixracının genişləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara fındıqda aflotaksinin yaranma səbəbləri və problemin həlli yolları ilə bağlı təlimatlar paylanılıb.
Tədbirin sonunda Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara köməklik göstərilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

