Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İyulda “142-Çağrı Mərkəzi”nə 12 min 362 müraciət daxil olub

İyulda “142-Çağrı Mərkəzi”nə 12 min 362 müraciət daxil olub

08.08.2018 [08:58]

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142-Çağrı Mərkəzi”nə 12 min 362 müraciət daxil olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı məsələləri əhatə edib.
Onlardan 11 min 840 müraciət, yəni müraciətlərin 95,8 faizi qeyd edilən məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında “142-Çağrı Mərkəzi” tərəfindən 97,8 mindən çox müraciət cavablandırılıb.

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31