/ / Baş Prokurorluq: Pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı cinayət işləri məhkəmələrə göndərilib
Baş Prokurorluq: Pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı cinayət işləri məhkəmələrə göndərilib
10.08.2018 [08:45]
Xəbər verdiyimiz kimi, cari ilin iyununda respublikanın Saatlı, Tərtər, İmişli və digər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanmaqla, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin başvermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilib, hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin, o cümlədən tarlalarda tətbiq olunmuş pestisidlərin xarici istehsalçı şirkətlər tərəfindən təqdim edilən etalon nümunələrinin ixtisaslı toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilib.
Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunublar.
Cinayət təqibi üzrə kifayət qədər sübutlar toplanıldığından xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozma əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, Cəmiyyətin “İmişli İnnovasiya” filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, “CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbov, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimov barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanıb və müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilib.
Hazırda aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə insanların həyat və sağlamlığına təhlükə yarada biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində profilaktiki tədbirlər həyata keçirilməklə, digər epizodlar üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

