/ / Dünya Səhiyyə Təşkilatının Baş direktoru: Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir
Dünya Səhiyyə Təşkilatının Baş direktoru: Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin tətbiqi digər ölkələr üçün örnəkdir
15.08.2018 [08:57]
Dünya Səhiyyə Təşkilatının Baş direktoru Dr.Tedros Adhanom Qebreyesus səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Məktubda səhiyyə nazirinə 4-6 iyul 2018-ci il tarixlərində Azərbaycana səfər imkanının yaradılmasına görə təşəkkür və minnətdarlıq bildirilib, Səhiyyə Nazirliyinin 100 illik yubileyi təbrik edilib.
Baş direktor bildirib: “Ölkənizin yüksəkvəzifəli nümayəndələri ilə keçirilən görüşlər və Davamlı İnkişaf Məqsədləri (DİM) Konfransında iştiraka əsasən, deyə bilərəm ki, Azərbaycanın DİM-in tətbiqi və hər kəs üçün sağlamlıq hədəflərinə sadiqliyi digər ölkələr üçün örnəkdir.
Ölkəniz və DST arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə imzalanan birgə bəyanat səfərin ən əhəmiyyətli hissəsi oldu.
DİM-in tətbiqi üçün ölkədə mövcud olan siyasi iradə, o cümlədən malyariya, poliomielit və qızılca kimi xəstəliklərin aradan qaldırılması da daxil olmaqla, Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlar məni həqiqətən valeh etdi. Müzakirə etdiyimiz kimi, səhiyyənin profilaktikası universal səhiyyənin əsasını təşkil edir, xəstəliklərin qarşısının vaxtında alınması və sağlamlığın təşviqi, qeyri-infeksion xəstəliklərin aradan qaldırılması kimi əsas aspektləri özündə cəmləşdirir.
Səfər çərçivəsində Azərbaycanın üç rayonunda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi və uğurla həyata keçirilməsi haqda məlumatlanmaq çox maraqlı idi. DST-nin ölkə və regional ofisləri vasitəsilə ölkənizdə ilkin səhiyyə və tibb sahəsinin maliyyələşdirilməsi kimi iddialı planların irəliləməsi istiqamətində lazımi dəstəyi göstərməyə hazırıq.
Mən, xüsusən Milli Onkologiya Mərkəzində təşkil olunan səfər və buradakı heyətin əzmkarlığını və peşəkarlığını, o cümlədən mərkəzdə pasiyentlərə, eləcə də onların yaxınlarına göstərilən diqqət və qayğını, ümumiyyətlə, Azərbaycanın səhiyyə sisteminin səmərəliliyini yüksək qiymətləndirdim.
Eyni zamanda, ölkənizdə həbsxanalarda vərəmin qarşısının alınması və nəzarət məqsədilə yaradılan Əməkdaşlıq Mərkəzini nəzarətdə saxlayacağıq. Çünki bu, vərəmlə mübarizədə unikal nümunədir. Risk qrupuna daxil olan əhaliyə xidmət kimi inklüziv yanaşma may ayında Dünya Səhiyyə Assambleyasında DST-yə üzv dövlətlər tərəfindən qəbul edilmiş Ümumi İş Planına tam olaraq uyğun modeldir”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25

