/ / Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
18.08.2018 [09:13]
Avqustun 17-də Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında “Yeni istifadəyə verilən toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması” mövzusunda regional müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Şamaxı, İsmayıllı, Qobustan, Ağsu və Göyçay rayonlarından taxılçılıq üzrə fermerlər, iri taxılçılıq təsərrüfatlarının rəhbərləri, əlaqədar qurumların nümayəndələri və alimlər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov müşavirəni açaraq, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsinin, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına tam ödənilməsinin prioritet vəzifələrdən olduğunu, nazirlik tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
“Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr barədə” danışan İ.Cümşüdov istehsalda keyfiyyətin yüksəldilməsinin, fermerlərin sertifikatlı toxuma marağının artırılmasının, toxumun təmizlənməsi, dərmanlanması və sertifikatlaşdırılmasının beynəlxalq standartlara çatdırılmasının zəruriliyini vurğulayıb və bu istiqamətdə qarşıda duran vəzifələrdən söz açıb.
Regional müşavirədə respublika Toxum Fondunun sədri Emil Əliyev çıxış edərək fondun fəaliyyəti barədə məlumat verib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov “Yüksək repreduksiyalı dənli və dənli-paxlalı bitki toxumlarının istehsalı”, Qobustan BTS-nin direktoru Atabəy Cahangirov “Yeni yüksək məhsuldar sortların ilkin toxumçuluğunun təşkili”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Toxumçuluq təsərrüfatlarında uyğun toxum istehsalı” mövzularında çıxış ediblər.
Çıxışlarda taxılçılığa göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının bu strateji sahəsi ilə əlaqədar Dövlət Proqramının hazırlandığı vurğulanıb, toxumçuluqla bağlı regionlarda 5 emal müəssisəsinin tikildiyi bildirilib. Habelə, respublikada toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, yeni perspektivli sortlar barədə danışılıb.
Sonra fermerlərlə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Xüsusilə zərərvericilərlə mübarizə, toxumun saxlanılma şəraiti barədə ətraflı məlumat verilib.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov müşavirədə çıxış edərək, taxılçılığın bölgə iqtisadiyyatında aparıcı sahələrdən olduğunu deyib, müzakirə olunan məsələnin bu sahənin inkişafında əhəmiyyətini vurğulayıb.
Sonda Qobustan BTS-də müasir toxumtəmizləmə qurğularında toxumun təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri əyani nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

