Bakıda “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib
29.08.2018 [09:05]
Avqustun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri və AMEA-nın ekspertləri, gənclər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev əvvəlcə Fondun fəaliyyət istiqamətlərindən danışıb və ailə dəyərlərinin əhəmiyyətindən, müasir dövrdə Azərbaycan ailəsinin qarşılaşdığı problemlərdən bəhs edib. O bildirib ki, insanların ailədə qazandığı dəyərlər sistemi cəmiyyətdə müsbət və mənfi təsirini göstərir. C.Əliyev əlavə edib ki, ölkəmizdə ailə institutuna strateji baxımından böyük önəm verilir. Yeni nəslin mənəviyyatlı yetişməsində ailənin böyük önəmi olduğunu deyən Fondun icraçı direktorunun müavini vurğulayıb ki, ailə cəmiyyətdə kiçik dövlət funksiyasını daşıyır.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə münasibətlərinin hüquqi tənzimlənməsi” mövzusunda çıxış edib. Bildirib ki, ailə qanunvericiliyinin əsas məqsədi ailənin möhkəmliyinin təmin edilməsidir. Onun sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, ailə münasibətləri məhəbbət, qarşılıqlı hörmət əsasında qurulmalı və ailə üzvlərinin hüquqları maneəsiz təmin olunmalıdır. T.İbrahimova təəssüflə bildirib ki, ancaq Azərbaycanda ailələrin böyük əksəriyyəti kənar müdaxilələr əsasında qurulur.
AQİPDK-nın şöbə müdiri onu da deyib ki, nikahsız qurulan ailələrdə problemlər ortaya çıxan zaman qadınlar hüquqi yardım ala bilmirlər, çünki hüquqi nikah yoxdur. Burada diqqətli olmaq lazımdır, rəsmi nikah olmadan ailə qurmaq düzgün deyil.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Ailə və din” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan ailəsində İslami dəyərlər özünü daim göstərib. M.İsmayılovun sözlərinə görə, VII əsrdə İslam dininin yaranması əksər millətlərin milli dəyərlərinə təsir etdi. Məsələn, İslamın yayılmasından sonra ərəb cəmiyyətində qadın hüquqları tanınmağa başlandı. İslama qədərki dövrdə qadına heç bir hüquq verilmirdi. Fond rəhbəri onu da deyib ki, ailə maddi qazanclar və ehtiyaclar üstündə qurula bilməz. Ailə kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlovanın “Qloballaşma və ailə”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqovanın “Ailənin psixoloji iqlimi” və AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanovun “Azərbaycan ailəsində gender bərabərliyi” mövzularında məruzələri dinlənilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

