Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsi vacib amillərdəndir
29.08.2018 [09:11]
Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələrin, qanlı toqquşmaların fonunda ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin, tolerantlıq siyasətinin daha da möhkəmləndirilməsi və bu mühitin qorunub saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Belə şəraitdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsi ən vacib amillərdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 28-də Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda danışılıb.
Tədbirdə DQİDK-nın, Xaçmaz RİH-in, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, həmçinin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə geniş mühazirə ilə çıxış edib.
Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün respublikamızda dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Konfransda çıxış edən Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Xaçmazda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görüldüyünü qeyd edib. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli vəzifə düşür.
Regional konfransın ilk günü iştırakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Konfrans işini avqustun 29-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

