Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri ilə görüş

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri ilə görüş

06.09.2018 [09:29]

Sentyabrın 5-də Qubadlı Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayan rayon gəncləri ilə görüş keçirilib. Görüşdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tələbə adını qazanan gəncləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev hər zaman təhsilə böyük önəm verib. Ölkəmizdə təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən bir çox dövlət proqramı qəbul edilib. Bu proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Malik İsaqov qeyd edib ki, rayon üzrə 32 ümumtəhsil məktəb fəaliyyət göstərir. Onlardan 14-ü yeni tikilib, 18-i əsaslı təmir olunub. Eyni zamanda, 2017/2018-ci tədris ilində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Cari ildə 457 məzundan 390-ı ali məktəbə qəbul imtahanlarına sənəd verib, onlardan 285-i ali məktəblərə qəbul olub. Qəbul imtahanlarında iştirak edən 48 məzun 500-600 arası, 27 məzun isə 600-dən yuxarı bal toplayıb. Bu il Qubadlı rayonu üzrə qəbul 73 faiz təşkil edir. Ötən il isə rayon ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə respublika üzrə 1-ci yerdə olub. Bütün bunlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən Qubadlı rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, valideynlər, məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək bal toplamış gənclərə mükafatlar verilib.

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31