Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zərdabda hər hektardan 20 sentnerdən çox pambıq istehsalı proqnozlaşdırılır

Zərdabda hər hektardan 20 sentnerdən çox pambıq istehsalı proqnozlaşdırılır

11.09.2018 [09:10]

Zərdab rayonunda kütləvi pambıq yığımına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Zərdabda 3232 hektarda bol məhsul yetişdirilib. Hər yerdə yığıma ciddi hazırlıq görülüb. Ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın toplanmasına 5000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Məhsulun daşınması üçün kifayət qədər texnika ayrılıb. “Ağ qızıl”ın 50 faizinin pambıqyığan maşınlarla toplanması nəzərdə tutulub. Bu məqsədlə sahələrin kənarları hamarlanıb, texnikanın rahat hərəkəti üçün şərait yaradılıb.
Zərdablı pambıqçılar ilk günlərdə 61 tondan çox məhsul yığıblar. Əksər ərazilərdə, o cümlədən Bəyimli qəsəbə, Körpükənd, Şahhüseynli, Alıcanlı və bir sıra digər ərazi vahidlərində məhsul toplanışı daha mütəşəkkil təşkil olunub.
Qeyd edək ki, Zərdab pambıqçıları bu mövsümdə hər hektardan orta hesabla 20 sentnerdən çox məhsul götürmək əzmindədirlər.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31