Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkdaşlıq yüksələn xətlə inkişaf edir
12.10.2018 [09:01]
Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə özünü göstərir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bakı Slavyan Universiteti (BSU) ölkəmizdə rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva oktyabrın 11-də Rusiya Federasiyasının səfiri Mixail Boçarnikovla keçirilən görüşdə söyləyib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycanda rus dilinin inkişafına verdiyi töhfələrdən söz açıb, iki ölkə arasında humanitar əlaqələrin genişlənməsində BSU-nun mühüm rola malik olduğunu diqqətə çatdırıb. BSU-da rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor hazırda universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini deyib. N.Əliyeva ölkələrimiz arasında elmi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməsi üçün müvafiq şəraitin yaradılmasında göstərdiyi qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə 2001-ci ildə BSU-nun fəxri doktoru adı verildiyini xatırladıb.
Rektor BSU-nun tədris və mədəniyyət mərkəzləri, həmçinin burada 2002-ci ildən bəri fəaliyyət göstərən Rusiya Tədris-Mədəniyyət Mərkəzinin nəzdində “Moskva auditoriyası” barədə səfirə məlumat verib.
Səfir M.Boçarnikov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin qarşılıqlı etimada söykəndiyini vurğulayıb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir Azərbaycan ilə Rusiya arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivlərinə nəzər salaraq təhsil sahəsində əlaqələr, tələbə və müəllim mübadiləsi və digər məsələlər barədə də söz açıb. O, Rusiya universitetləri ilə BSU-nun humanitar sahədə əməkdaşlığına yaxından dəstək olacağını vurğulayıb. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən M.Boçarnikov qeyd edib ki, dostluq və tərəfdaşlıq, eyni zamanda, yaxşı qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edir.
Sonra qonaq BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində “Moskva auditoriyası” və Sankt-Peterburq Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub.
BSU-nun akt zalında “Arzu” rəqs ansamblının tolerantlıq motivlərində rəqsinin məşqlərinə tamaşa edən səfir tələbələrin slavyan xalqlarının milli rəqslərini belə mükəmməl mənimsəmələrini yüksək dəyərləndirib.
Sonda M.Boçarnikov BSU-nun professor-müəllim heyətindən ibarət geniş auditoriya qarşısında məruzə ilə çıxış edib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirdə rusiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr rus poeziyasından nümunələr səsləndiriblər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

