Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
18.10.2018 [08:22]
Xorvatiyanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində oktyabrın 15-16-da bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə əməkdaşlıqda “Korrupsiyanın qarşısının alınması üçün şəffaflığın və məsuliyyətin artırılması” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Xorvatiyanın Şibenik şəhərində təşkil olunmuş konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın açılışında Avropa Şurasının baş katibi Torbyorn Yaqland, GRECO-nun sədri Marin Mrcela və Xorvatiyanın ədliyyə naziri Drajen Bosnyakoviç giriş sözü ilə çıxış ediblər.
Konfrans çərçivəsində “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı ayrıca keçirilmiş ədliyyə nazirlərinin sessiyasında çıxış edən respublikamızın ədliyyə naziri Azərbaycan Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə aparılan qanunvericilik və institusional tədbirləri, antikorrupsiya strategiyasının uğurla həyata keçirilməsini və bu işdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və baş prokuror yanında geniş səlahiyyətlərə malik antikorrupsiya idarəsinin səmərəli fəaliyyətini vurğulayıb.
Həmçinin Azərbaycan brendi olan “ASAN xidmət”in yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, beynəlxalq antikorrupsiya əməkdaşlığı və treninqləri, o cümlədən ölkəmizin Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Akademiyası ilə səmərəli əlaqələri vurğulanıb, antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.
Çıxışda tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Eyni zamanda, tədbirdə panel sessiyalar keçirilərək hüquq-mühafizə orqanlarında korrupsiyanın qarşısının alınması, şəffaflığın təmin edilməsi və digər bu kimi aktual məsələlər müzakirə olunub.
Yekunda antikorrupsiya orqanlarının şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq səylərin artırılmasına dair Bəyannamə qəbul edilib.
Konfrans çərçivəsində, həmçinin Avropa Şurasının baş katibi və digər mötəbər beynəlxalq təşkilatların rəhbərləri ilə fikir mübadiləsi aparılıb, Xorvatiyanın və bir sıra dövlətlərin ədliyyə nazirləri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirlərdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

