/ / Nərimanov rayonunda 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
Nərimanov rayonunda 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
19.10.2018 [08:56]
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı Öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib. A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
A.Fərzəliyev hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verərək, ilin doqquz ayının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyini və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 722 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artım sürətinin əldə edildiyini, istehlakçılara 2 milyard 604,3 milyon manatlıq sənaye məhsulunun göndərildiyini, eləcə də doqquz ay ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 110,7 milyon manatlıq investisiyanın yatırıldığını, ilin əvvəlindən 4181 daimi iş yerlərinin açıldığını vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkilləri Hikmət Babaoğlu və Rasim Musabəyov, S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova və 7 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Mehriban İsayeva rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Çıxış edənlər dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Sonra Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 31 iyul 2018-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovaya və RİHBA-nın rayon təsərrüfatı şöbəsinin müdiri Rəşid Ağayevə həmin ali mükafatlar təqdim edilib.
Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fəal iştirakına və xidmətlərinə görə Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, professor Miri Həsənov Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

