Azərbaycan dövləti ailə institutunun qorunmasına və inkişafına xüsusi diqqət yetirir
26.10.2018 [09:18]
Məlum olduğu kimi, cəmiyyətimizin müxtəlif sahələrində qadınların rolu getdikcə daha da artır. Dövlətin mütəmadi olaraq həyata keçirdiyi genişmiqyaslı layihələr də həm buna, həm də ailə institutunun qorunmasına mühüm töhfələr verir. Ümumiyyətlə, qadınların cəmiyyət həyatının müxtəlif sahələrində rolu və fəaliyyəti məsələsi olduqca aktualdır. Çünki söhbət istehsalatda, təhsildə, səhiyyədə, biznesdə və digər sahələrdə öz nümunəvilikləri ilə seçilən qadınlardan gedir. Beləliklə, bu və digər məqamlarla bağlı suallarımızı Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern İnkişaf və Ailə İctimai Birliyi”nin sədri, ictimai-siyasi fəallığına görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Zərifə Quliyeva cavablandırır.
- Zərifə xanım, öncə dövlət tərəfindən ailə institutunun qorunması, həmçinin qadınların hüquqlarının müdafiə olunması istiqamətində layihələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının oynadığı rola nəzər salmağınızı istərdik...
- Dövlətin ailə institutunun, həmçinin qadınların hüquqlarının qorunması üçün həyata keçirdiyi layihələrin dəstəklənməsində qeyri-hökumət təşkilatlarının da özünəməxsus rolu var. Bildiyiniz kimi, Azərbaycan dövləti istər gender bərabərliyi məsələsinə, istərsə də ailə institutunun qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Rəhbərlik etdiyim “Modern İnkişaf və Ailə İctimai Birliyi” də öz fəaliyyətini ailə institutunun qorunması istiqamətində qurub. Təşkilatımızın qarşısında olduqca mühüm vəzifə və məqsədlər durur. Bəllidir ki, Azərbaycan dövləti dinamik inkişafa malikdir, ölkəmizdə milli-mənəvi dəyərlər qorunur. Ümumiyyətlə, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək zəruridir. Bu isə ilk növbədə ailədən başlayır, bu prosesdə ailənin üzərinə böyük məsuliyyət düşür. Hazırda Azərbaycan dövləti tərəfindən gənclərə ciddi qayğı göstərilir, onların səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılır. Gənclərin öz qabiliyyətlərini, bacarıqlarını, potensiallarını həyata keçirmələri, cəmiyyətə faydalı olmaları üçün hər bir şərait var. Hesab edirəm ki, gənc ailələrin inkişafına cəmiyyət olaraq diqqət yetirilməsi vacibdir.
Eyni zamanda, Azərbaycanda hazırda gender bərabərliyi mövcuddur. Dövlət tərəfindən bu məsələ də daim diqqət mərkəzində saxlanılır. Və təbii ki, vətəndaş cəmiyyəti institutlarının da bu məsələlərdə öz üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmaları mühüm əhəmiyyətə malikdir.
- Bölgələrdə qadın sahibkarlığının inkişafı, qadınlarla bağlı həyata keçirilən siyasəti necə dəyərləndirmək olar?
- Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul olunması və uğurla icra edilməsi bölgələrdə qadın məşğulluğunun və sahibkarlığının da inkişafına mühüm töhfələr verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu məsələlərə böyük diqqət yetirir. Son illər Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə qadınlara öz potensiallarını reallaşdırmaq üçün daha böyük imkanlar yaradılır. İqtisadiyyat Nazirliyinin tərkibində Qadın Sahibkarların Assosiasiyası yaradılıb. Aktiv fəaliyyəti ilə seçilən QHT-lərin xanım nümayəndələri, sahibkarlıqla məşğul olan qadınlar bu assosiasiyaya cəlb olunublar. Hesab edirəm ki, bu layihə yeni bir mərhələnin başlanğıcıdır. Bir sözlə, hazırda dövlətimiz tərəfindən qadın sahibkarlığına çox böyük diqqət və qayğı göstərildiyinin, əlverişli şərait yaradıldığının şahidiyik. Doğrudan da, qadın sahibkarların arasında bir canlanma var. Bu mövzuda böyük tədbirlər, forumlar keçirilir. Əslində, bu həm də bütövlükdə Azərbaycan qadınının uğurudur. Biz hər birimiz bundan fərəhlənirik, qürur duyuruq.
- Zərifə xanım, gender bərabərliyindən danışarkən, eyni zamanda, qızların təhsili məsələsi də diqqət mərkəzinə gəlir. Bəs, Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri necə dəyərləndirirsiniz?
- Bəli, gender bərabərliyindən danışarkən təhsil ön plana çıxır. Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, Azərbaycan dövləti bu sahədə lazımi addımları atır və bu davamlı xarakter daşıyır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlətin bu istiqamətdəki siyasətini uğurla həyata keçirir. Vətəndaş cəmiyyətinin də bu məsələdə dövlətin yanında olması çox vacibdir. Yəni qeyri-hökumət təşkilatları da bu siyasətin təbliğatında, insanlarımızın maarifləndirilməsində öz sözünü deməli, üzərinə düşən daha konkret vəzifələrin öhdəsindən uğurla gəlməlidir. Onu da qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmçinin, erkən nikahların qarşısının alınması üçün çox böyük işlər görüb. Bu prosesdə vətəndaş cəmiyyəti institutları da fəal rol oynamalıdır.
- Razılaşarsınız ki, qadınların fəaliyyətinin vaxtaşırı dövlət tərəfindən qiymətləndirilməsi də onların əmək stimullarını daha da artırır?
- Öncə qeyd etmək istərdim ki, qadınlarımızın fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən qiymətləndirilməsi biz qadınlarda qürur hissi doğurur. Eyni zamanda, bu yaxınlarda möhtərəm Prezidentimizin imzaladığı Sərəncamla “Tərəqqi” medalına layiq görüldüyüm üçün sevincimin həddi-hüdudu yoxdur. Yeri gəlmişkən, mən cənab Prezidentə qadınlara göstərdiyi bu diqqət üçün sonsuz minnətdarlığımı bildirirəm. Sevinirəm ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin inkişaf siyasətini uğurla davam etdirir. Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan dünyada öz yeri, mövqeyi, nüfuzu ilə seçilir. Azərbaycan həm də uğurlu dövlət qadın siyasətinə görə bir çox ölkələr üçün nümunədir. Yeri gəlmişkən, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün dərinməzmunlu siyasi və humanitar fəaliyyəti ilə Azərbaycan qadınını dünyada ən yüksək səviyyədə təmsil edir. Bütün bunlar Azərbaycan qadını üçün qürur mənbəyidir.
Mətanət AĞAMİRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19

