UNEC Meksika universitetləri ilə əməkdaşlıq edəcək
01.12.2018 [11:14]
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores UNEC-də olub.
Rektor, professor Ədalət Muradovla görüşdə UNEC-in xarici universitetlərlə əməkdaşlığından, o cümlədən ikili diplom, mübadilə proqramlarından bəhs olunub. UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirən rektor Meksikanın aparıcı universitetləri ilə birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi, MBA proqramı və digər istiqamətlərdə əməkdaşlıq etməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb. Rektor UNEC Ekstern Mərkəzinin yaradıldığına diqqət çəkərək, meksikalı tələbələrin burada təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən R.Labardini iki ölkə arasındakı hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərinə toxunub. Səfir Azərbaycan və Meksika arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Diplomat UNEC-də tələbələrə Meksika mövzusunda seminar keçəcəyini bildirib və onlar üçün səfirlikdə istehsalat təcrübəsinin təşkil olunacağını qeyd edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə UNEC-lə Meksikanın aparıcı universitetləri arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

