/ / Qafqaz Müsəlmanları İdarəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
Qafqaz Müsəlmanları İdarəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
12.12.2018 [10:21]
Dekabrın 11-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, dinə diqqət və qayğısından danışıb. Bildirib ki, Ulu öndər yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Buna görə də Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi daxil olub. Dinindən, dilindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Ümummilli lider illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı. O, Özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Ulu öndər tarixin çətin və keşməkeşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb. Ölkəmizdə azərbaycançılıq ideologiyasının formalaşması Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi sayəsində mümkün olub. Azərbaycan bu gün Ümummilli liderin əsasını qoyduğu təməl üzərində sürətlə inkişaf edir. Ulu öndərin müəyyənləşdirdiyi siyasətə bu gün də xalqımız böyük etimad göstərir. Çünki bu siyasət Vətənə və xalqa xidmət edir. O, Ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Ulu öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Heydər Əliyev əməyinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrinin göründüyünü bildirib. O deyib ki, Azərbaycan dövləti Ümummilli liderin şah əsəridir. Hər bir xalqın əldə etməyə çalışdığı və qazandığı başlıca sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edir və daha yüksək nailiyyətlər qazanır. Bu, müdrik rəhbər Heydər Əliyevin ən böyük xidmətidir. Bu gün müstəqil Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır.
Professor Qəzənfər Paşayev deyib ki, Ulu öndər Heydər Əliyev ölkəmizi dini, etnik separatçılıq zəminində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas edib. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə, Ulu öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaratdı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutdu.
Akademik Teymur Bünyadov çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir. Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Heydər Əliyev ölkəmizi dini, etnik separatçılıq zəminində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas edib.
Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar. Bildirilib ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

