Sumqayıtda Milli Qəhrəman Qorxmaz Eyvazovun xatirəsi anılıb
12.02.2019 [09:36]
Sumqayıtdakı Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Qorxmaz Eyvazovun anım mərasimi keçirilib. Tədbir Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidin ailə üzvləri və tədbir iştirakçıları Sumqayıtın Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Anım tədbiri 400-ə yaxın şəhidin uyuduğu şəhər memorial kompleksində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan qəhrəman övladların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Mərasimin aparıcısı, yazıçı-ssenarist Hafiz İmamnəzərli Qorxmaz Abış oğlu Eyvazovun qısa, lakin mənalı və şərəfli həyat yolu barədə məlumat verib. Bildirilib ki, 1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan Qorxmaz cəmi 27 il yaşayıb. O, Horadiz əməliyyatında göstərdiyi şücaətə görə Ali Baş Komandan Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılıb. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Məhz həmin döyüşdə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızın bir hissəsini, o cümlədən Cocuq Mərcanlını azad edib. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə Qorxmaz Eyvazova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bildirilib ki, Cocuq Mərcanlı azad edilsə də, strateji Lələtəpə yüksəkliyi düşməndə olduğuna görə orada yaşamaq mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgəri Lələtəpəni düşmən əsarətindən qurtarıb və bu gün həmin strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlıda isə həyat qaynayır.
Sonra şəhidin qardaşı Zahid Eyvazov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Lacın rayon ictimaiyyətinin nümayəndəsi Qəzənfər Hüseynov, şəhid atası Azad Məmmədov, Milli Qəhrəman Zabir Quliyev, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Ruslan İmamquliyev, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, gənc şair Zahir Abbas və digərləri Aprel döyüşlərindən, Azərbaycan əsgərinin qüdrətindən söz açıb, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən Silahlı Qüvvələrimizin bu gün regionda ən qüdrətli ordu olduğunu diqqətə çatdırıblar.
Çıxış edənlər bu tədbirin əhəmiyyətindən danışaraq, Qorxmaz Eyvazov haqqında xatirələrini bölüşüblər. Qorxmaz Eyvazovun ömrünün gənclərə örnək olduğu vurğulanıb.
Uşaq kitabxanasının dərnək üzvlərinin təqdim etdikləri şeirlər tədbirə xüsusi rəng qatıb.
Sonda Milli Qəhrəmanın oğlu, polis baş leytenantı Asəm Eyvazov atasının bayraq, dövlət uğrunda şəhid olduğuna görə qürur duyduğunu deyib. O, anım tədbirinin təşkilinə görə ailə üzvləri adından minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

