Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU və Türkiyənin Atılım Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

BDU və Türkiyənin Atılım Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

04.05.2019 [10:15]

Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmazın başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Bakı Dövlət Universitetində (BDU) olub. Görüşdə bu ali məktəbin xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova və başqaları iştirak ediblər.
Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə müasir dövrdə beynəlxalq əlaqələrin gücləndirilməsinin, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq kredit mobilliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bir əsr tarixə malik universitetdə olmaqdan məmnunluğunu bildirən Türkiyənin Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmaz təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, 1996-cı ildə yaradılan Atılım Universiteti Türkiyənin paytaxtı Ankara şəhərində yerləşir. 9 mindən çox tələbənin təhsil aldığı ali məktəbdə tədris əsasən ingilis dilində aparılır. Burada 50-dən çox xarici ölkədən olan gənclər təhsil alırlar. Dünyanın ən müasir universal standartlarına uyğun təhsil verən universitetin hədəfi dünyanın reytinqli 500 universiteti arasında yer almaqdır.
Məlumat üçün bildirək ki, universitet fəaliyyət göstərdiyi qısa zaman ərzində “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub.
Tədbirdə, eyni zamanda, universitetlərarası əlaqələr müzakirə olunub, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə memorandum imzalanması qərara alınıb.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31