/ / Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
17.08.2019 [09:58]
Avqustun 15-16-da Zaqatalada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə qazısı Malik Bilalov rayondakı dini durum, dini icmaların fəaliyyəti barədə məlumat verib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, bütün sahələr olduğu kimi din sahəsi də hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. S.Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır. “Bu, dövlət başçısının dinə və dindarlara diqqət və qayğısının bariz nümunəsidir”, - deyə sədrin birinci müavini əlavə edib.
İslam dininin sülh və əmin-amanlıq dini olduğunu diqqətə çatdıran Dövlət Komitəsi sədrinin birinci müavini təəssüf hissi ilə qeyd edib ki, Yaxın Şərqdə, o cümlədən dünyanın müxtəlif ölkələrində dini zəmində qanlı münaqişələr baş verir. Səyyad Salahlının sözlərinə görə, həmin münaqişələrin Azərbaycana ayaq açmaması və sözügedən xüsusda ölkəmizdə hökm sürən sülh və əmin-amanlığın davamlı olması üçün din sahəsində insanlarımızın maarifləndirilməsinə bu gün həmişəkindən daha çox ehtiyac var. Bu təhdidləri və reallıqları nəzərə alaraq, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət istiqamətinə uyğun olaraq dini etiqad sahəsində maarifləndirmə işi aparmaqdadır. Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinə ölkədə dövlət-din münasibətlərinin və dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin təşkil olunması daxildir.
Səyyad Salahlı onu da diqqətə çatdırıb ki, dini icma sədrləri və nüfuzlu din xadimləri cəmiyyət, xüsusilə gənclər üçün hər zaman şəxsi nümunə göstərməlidirlər. O, həmçinin dini ekstremizm və dini radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov çıxış edərək bildiriblər ki, ölkə vətəndaşları dini mənsubiyyətindən asılı olmayaraq dövlətin qayğısı və himayəsi altındadır. O da vurğulanıb ki, Prezident İlham Əliyev dini dəyərlərimizə böyük önəm verir.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15

