Qubadlı rayon İcra Hakimiyyəti rayonun işğalının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirib
03.09.2019 [09:20]
Qubadlı rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 26-cı ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti tədbir keçirib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarından olan qonaqlar iştirak ediblər. Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanındakı abidənin önünə əklil qoyulduqdan sonra şəhidlərin məzarları ziyarət olunub.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, zəngin tarixə malik olan Qubadlı rayonunun bütün əmlakı işğal zamanı erməni təcavüzkarları tərəfindən talan edilib, 1 şəhər, 93 kənd tamamilə dağıdılıb, evlər, ictimai binalar yandırılıb, salamat qalanlar isə sökülərək Ermənistana daşınıb. Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan tarix-diyarşünaslıq muzeyi məhv edilib. Ümumilikdə rayona 1,5 milyard dollar ziyan dəyib. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakininin şəhid olduğunu bildirən M.İsaqov qeyd edib ki, 473 nəfər rayon sakini əlil olub, 100 nəfərdən çox insan itkin düşüb, 11 nəfər Milli Qəhrəman adına layiq görülüb. Hazırda Qubadlının 38200 nəfərdən çox əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün həyatı yaşayır. Harada məskunlaşmasından asılı olmayaraq, rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu Öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi siyasətin layiqincə icrasının təzahürüdür.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, ötən 26 il ərzində torpaq həsrəti bir an da olsun Qubadlı əhalisini tərk etməyib. Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirib. Rayon əhalisi qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.
Tədbirdə vurğulanıb ki, dövlətimizin başçısının məcburi köçkünlərə olan diqqət və qayğısının nəticəsidir ki, 2019-cu ildə Abşeron rayonunun ərazisində, Sumqayıt şəhərində, eləcə də digər şəhər və rayonlarda tikilmiş yeni şəhərciklərə Qubadlı rayonundan, ümumilikdə, 900-dən çox məcburi köçkün ailəsi köçürülüb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

