Ədliyyə Nazirliyində AŞPA-nın komitə sədri ilə görüş olub
07.09.2019 [09:52]
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Thorhildur Sunna Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə insan hüquqlarının hərtərəfli təmin olunması, hakimlərin müstəqilliyi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, vəkillik təsisatının islahatı və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı qorunması və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən nazir müavini bu sahədə islahatların dərinləşdirilməsinə dair dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini vurğulayıb. Həmçinin Məhkəmə-Hüquq Şurasının müstəqil özünüidarə fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən Avropa Konvensiyasının presedentlərinin öyrənilməsi və Avropa Məhkəməsinə tədris səfərlərinin təşkili barədə məlumat verib, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən genişmiqyaslı işlərdən danışıb.
Qonağın diqqəti xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb olunaraq torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Ermənistan rəhbərliyinin reallıqdan tamamilə uzaq populist bəyanatları münaqişənin həlli üzrə illərdir ki, aparılan sülh danışıqları prosesinə böyük zərbədir.
Xanım Thorhildur Sunna Evarsdottir Azərbaycana növbəti səfərindən məmnunluğunu, müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumata görə minnətdarlığını ifadə edib.
Tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10

