/ / “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi ilə əlaqədar Neft Daşlarında təntənəli tədbir keçirilib
“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi ilə əlaqədar Neft Daşlarında təntənəli tədbir keçirilib
20.09.2019 [09:04]
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər Günü ilə əlaqədar Xəzər dənizinin Neft Daşlarına ekskursiya təşkil olunub və rəsmi tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, gül dəstələri qoyulub.
Sonra Neft Daşlarının əsasını qoymuş Əməkdar mühəndis, professor Ağa Qurban oğlu Əliyevin abidəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ucaldılmış Şəhidlər abidəsi və 1957-ci il faciəsində həlak olmuş şəhid neftçilərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Tədbirdə Azərbaycanın uğurlu neft strategiyasına, həmçinin “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək neft sahəsində qazanılan uğurlardan danışıb. O deyib ki, müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycanın Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilməsində müstəsna rolunu vurğulayıb və neftçiləri peşə bayramları münasibətilə təbrik edib.
“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov neft sənayesinin ölkə iqtisadiyyatının inkişafındakı mühüm rolunu vurğulayaraq, neftçiləri təbrik edib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu öz çıxışında vurğulayıb ki, Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək “Əsrin müqaviləsi”nin əhəmiyyətindən və bu müqavilənin uğurla icrasının Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə verdiyi töhfədən danışıb və neftçilərə öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Millət vəkili Rauf Əliyev çıxış edərək neftçi peşəsinin vacibliyini vurğulayıb. O, “Əsrin müqaviləsi”nin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Qeyd edib ki, o vaxtdan bəri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Rauf Əliyev deyib ki, bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 216 dəfə, adambaşına düşən məhsul isə 162 dəfə artıb. Ölkədə işsizlik səviyyəsi 3 dəfə, yoxsulluq isə 10 dəfədən çox azalıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəal fəxri fərmanla təltif olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

