Bakı Dövlət Universitetində görkəmli alim Şirməmməd Hüseynovun barelyefi açılıb
18.12.2019 [09:06]
Bu gün Azərbaycan jurnalistikasının bayramıdır. Bakı Dövlət Universitetinin professoru, yorulmaz mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətilə onun əziz xatirəsini yad etmək üçün buraya toplaşmışıq. Şirməmməd Hüseynov elə bir iz qoyub gedib ki, bu hər alimə nəsib olan xoşbəxtlik deyil. Şirməmməd müəllimin ən böyük sərvəti onun tələbələri, yetirmələridir. Bu gün Şirməmməd müəllimin üzün illər çalışdığı kafedranın qarşısında onun barelyefini açırıq. Hər dəfə bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik. Hazırda Şirməmməd müəllimin işi davam etdirilir. Çünki o, Azərbaycan jurnalistikasının tarixini araşdıraraq, çox böyük elmi irs qoyub. Şirməmməd Hüseynovun ömür yolu hər bir kəsə örnəkdir. Hazırda alimin qızları Azərbaycan elminin, mədəniyyətinin inkişafı yolunda səylə çalışırlar. Düşünürəm ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir. Biz də bu gün böyük alim qarşısında qismən də olsa, mənəvi borcumuzu yerinə yetirməyə çalışdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 17-də Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının qarşısında görkəm alimin barelyefinin açılış mərasimində universitetin rektoru Elçin Babayev deyib.
Rektor Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Bildirib ki, alimin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrlə müəllimləri bir komanda kimi ətrafında birləşdirə bilib.
Bütün iştirakçılara minnətdarlığını bildirən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Şirməmməd Hüseynovun ömrünün böyük hissəsi bu universitetlə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.
Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə hər kəsə minnətdarlığını bildirərək deyib: “Əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha şahidi oldum ki, Şirməmməd müəllimin çoxlu müridləri var. Dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Mən onların xatirələrin oxuyanda çox kövrəlirəm. Həqiqətən həyatda iz salan insanlar varmış və mən bunun canlı şahidiyəm. Şirməmməd Hüseynov nə az, nə çox düz 74 il Bakı Dövlət Universitetində çalışıb, bu heç də hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı. Onu xatirəsini belə sevinclə, məhəbbətlə yad etdiyinizə görə hamınıza təşəkkür edirəm”.
Tədbirdə Milli Məclisin deputatları Əflatun Amaşov, Cavanşir Feyziyev, professorlar Cahangir Məmmədli, Solmaz Rüstəmova-Tohidi, “Real” televiziyasının rəhbəri Mirşahin Ağayev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir.
Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirən natiqlər vurğulayıblar ki, o, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərib. Daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.
Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.
Sonra tədbir BDU-nun tədris-televiziya studiyasının dəyirmi zalında davam edib.
Tədbirdə bir daha görkəmli alimin ömür yoluna nəzər salınıb, işıq üzü görən kitablarının bütün zamanlar üçün aktuallığı vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

