Vətəndaşların sosial təminatının yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir
29.12.2019 [10:00]
Başa çatmaqda olan 2019-cu ildə də bu istiqamətdə ciddi addımlar atılıb
Öz iqtisadi inkişaf tempinə görə hazırda Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qərarlaşıb. Şübhəsiz, dinamik iqtisadi tərəqqinin əsasında rasional səciyyə daşıyan və dəqiqliklə proqnozlaşdırılmış daxili və xarici siyasət kursu dayanır. Milli maraqlarımıza müvafiq olan təkmil iqtisadi inkişaf modellərinin uğurla tətbiq olunması və adekvat nəticələrin əldə edilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər dövlətimizin inkişafını dinamik və intensiv surətdə təmin edən faktorlar qismində çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət özündə xalqın, dövlətin mənafeyinə cavab verən prinsipləri və normaları ehtiva edir. Yeri gəlmişkən, dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır: “Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Ona görə hesab edirəm ki, bu il biz bu sahədə çox ciddi addımlar atdıq”.
Azərbaycanın inkişaf modeli və dövlət siyasətinin ən fərqləndirici xüsusiyyətlərindən biri bu siyasətin davamlı və uzunmüddətli olmasıdır. Sözügedən müsahibədə 2020-ci ildə sosial layihələrin davam etdiriləcəyini də vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, sosial dövlət olan Azərbaycanda vətəndaşların sosial təminatı, rifahı hər zaman dövlət siyasətinin ən vacib və prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. S.Hüseynova deyib ki, son bir ildə bu sahədə atılan addımlar inqilabi xarakter daşıyıb və ölkəmiz sosial islahatların davamlılığına görə bir sıra beynəlxalq reytinqlərdə ilk sıralarda yer alıb. Onun sözlərinə görə, iqtisadi cəhətdən yüksək inkişafa malik Azərbaycanda sosial təminat məsələsi hər zaman dövlətin diqqətindədir: “Bir faktı qeyd etmək kifayətdir ki, hətta dünyada iqtisadi böhranın ən kəskin hal aldığı dövrlərdə belə ölkəmizdə sosial islahatlar davam etdirilib və vətəndaşların maddi rifahının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər görülüb. Dekabrın 23-də yerli jurnalistlərə müsahibəsində möhtərəm Prezidentimiz vurğuladı ki, Azərbaycan o böhranlı illərdə belə iqtisadi inkişaf tempini davam etdirib. Bu, olduqca böyük bir nailiyyətdir. Azərbaycan bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. Ötən il həyata keçirilən sosial islahatlar çoxşaxəli idi və demək olar ki, ölkə əhalisinin mühüm bir hissəsi bu diqqət və qayğını, islahatları öz həyatında hiss etdi. İstər ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı, daha sonra minimum əməkhaqqının, pensiyaların artımı, əməkhaqlarının artırılması və bu kimi qərarlar ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisidir. İlin yekunları ilə bağlı müsahibəsində cənab Prezident bildirdi ki, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Cənab Prezident vurğuladı ki, sosial islahatlar gələn il də davam etdiriləcək. Sosial sahəyə göstərilən diqqət və qayğı, aparılan islahatlar Azərbaycan dövlətinin birinci növbədə öz vətəndaşının rifahını düşündüyünün göstəricisidir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da bildirib ki, dövlətimizin güclü sosial siyasətinin əsasında dinamik iqtisadi inkişaf və rasional iqtisadi islahatlar durur. Millət vəkili bildirib ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir: “Sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siyasətin, islahatların fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir”.
Millət vəkili deyib ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi də yüksək səviyyədə təşkil edilir. Belə ki, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə və bəhs olunan kateqoriyaya məxsus insanların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir: “Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2019-cu ildə aparılan sosial islahatlar daha çox aztəminatlı, məcburi köçkün və qaçqın, eləcə də şəhid ailələrini, müharibə veteranlarını əhatə etdi. Dekabrın 23-də cənab Prezidentimiz yerli jurnalistlərə müsahibəsində bildirdi ki, bu il məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edilib. O cümlədən 800-ə yaxın şəhid ailəsi, müharibə əlilinə ev verilib. Ölkəmizdə 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, 6 mindən çox müharibə əlilinə maşın verilib. Görülən işlər həm Azərbaycan dövlətinin gücünü, həm də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

