Azərbaycan dövləti pandemiya şəraitində öz vətəndaşlarının yanında olmaq nümunəsi göstərir
14.05.2020 [10:36]
Güclü iqtisadi-maliyyə imkanlarına malik olan respublikamız pandemiya ilə mübarizə çərçivəsində müxtəlif dəstək proqramlarının reallaşdırılmasına bütövlükdə 3,5 milyard manat vəsait ayırıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev açılış mərasimindən sonra müəssisənin bir qrup işçisi ilə görüşdəki çıxışında Azərbaycan dövlətinin pandemiya şəraitində müəyyənləşdirdiyi prioritetlərə diqqət çəkib. Məlum olduğu kimi, respublikamız yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə bütün imkanlarını səfərbər edib. Digər tərəfdən, respublikamızda pandemiya şəraitində əhalinin sağlamlığının, həyatının qorunması, vətəndaşların sosial müdafiəsinin təmin edilməsi isə əsas vəzifələr kimi qarşıya qoyulub.
Pandemiya şəraitində ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər reallaşdırılır
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Son 16 ildə bu strateji kursun ardıcıllığının təmin edilməsinin nəticəsidir ki, ölkəmiz insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiya şəraitində də özünün dərinməzmunlu sosial siyasətinə sadiq qalaraq çətin vaxtlarda vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin məlumatına əsasən, Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyənləşdirilib. ƏƏSMN-nin rəsmisinin bildirdiyinə görə, sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Həmin istiqamətlər üzrə qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlərə başlanıb və onlar hazırda davam edir. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. məslələr daxildir. Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərin və peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinin sosial müdafiəsi, özünüməşğulluq proqramının icrasının sürətləndirilməsi, xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi, sosial yardımın verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi, tənha yaşlılara sosial xidmətlərin təşkili işinin miqyasının artırılması və digər dəstək tədbirləri qeyd edilən proqramların əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışında ölkəmizdə pandemiya şəraitində həyata keçirilən sosial tədbirlərin geniş spektirinə diqqət çəkərək “İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Ona görə dövlət bu işləri görür, bütün təşkilati məsələləri uğurla həyata keçirir”, - deyə vurğulayıb.
Onu da qeyd etmək yerinə düşər ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən indiyədək 21 tranş çərçivəsində ümumilikdə 96 mln. 106 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib.
Azərbaycan pandemiya şəraitində genişmiqyaslı sosial tədbirlər həyata keçirərkən özünün daxili imkanlarına əsaslanır
Xarici mətbuatda da ifadə olunduğu kimi, pandemiya şəraitində 150-dən çox ölkə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət ünvanlayıblar. Azərbaycan isə pandemiyaya qarşı mübarizə tədbirlərini, o cümlədən də indiki şəraitdə əhalinin sosial müdafiəsinin təmin edilməsini sırf öz gücünə, daxili imkanları hesabına reallaşdıran azsaylı ölkələr sırasında yer alır. Bu da onun sayəsində mümkün olur ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanında ölkənin gəlirlərindən səmərəli istifadə etməklə, innovativ islahatlar aparmaqla iqtisadiyyatını gücləndirib və bu əsasda özünün maliyyə imkanlarını genişləndirib. Nəticədə, respublikamız güclü təhlükəsizlik yastığına malik olan ölkəyə çevrilib. Bu gün Azərbaycan iqtisadi-maliyyə cəhətdən heç bir kənar gücdən, yaxud donor təşkilatından asılı deyil, əksinə, respublikamız öz imkanlarını təqdim edərək bir sıra regional və qlobal əhəmiyyət daşıyan layihələrin həyat keçirilməsində fəal rol oynayır. Son 16 ildə iqtisadiyyatımızın 3,4 dəfə genişlənməsi, strateji valyuta ehtiyatlarımızın 50 milyard dollaradək artması ölkəmizə bütün strateji məqsədlərinə çatmağa geniş imkanlar yaradır.O cümlədən güclü iqtisadi-maliyyə resursları Azərbaycana indiki şəraitdə öz gündəliyini pandemiya dövrünün tələblərinə uyğunlaşdırmağa imkan verib. Qeyd edək ki, Azərbaycan MDB məkanında pandemiyaya qarşı mübarizəyə və sosial dəstək tədbirlərinə ən böyük büdcə ayıran ölkələr sırasında yer alır. Eyni zamanda, respublikamızda indiki şəraitdə iqtisadiyyatın funksionallığının qorunması, həmçinin postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılması məqsədilə bir sıra proqramlar hazırlanaraq həyata keçirilir. Respublikamızda pandemiya dövründə tibbi maska istehsalatının və “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı da deyilənlər baxımından xarakterikdir. Əgər zamanında respublikamızda güclü iqtisadiyyat quruculuğu siyasəti aparılmasaydı, ölkə üzrə müasir infrastruktur yaradılmasaydı, indiki şəraitdə operativ qaydada belə zəruri müəssisələrin qurulması da mümkün olmazdı. Prezident İlham Əliyev bu amilə diqqət çəkərək bildirib ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30

