Yevlaxda 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib
27.05.2020 [13:31]
Yevlaxda 28 May - Respublika Günü münasibətilə "Şərqdən doğan günəş" adlı videokonfrans keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən videokonfransda Yevlax şəhərində fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev ilk olaraq videokonfrans iştirakçılarını qarşıdan gələn 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edən R.Əliyev müstəqil Azərbaycan Respublikasının XalqCümhuriyyətinin varisi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.
Natiq onu da qeyd edib ki, müasir Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı, möhkəmləndirməyi bacarıb, ölkədə ictimai-siyasi sabitlik və davamlı inkişaf təmin edilib. Vurğulanıb ki, müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək yeni zirvələr fəth edir.
Videokonfransda çıxış edən YAP Yevlax rayon təşkılatı Qadınlar Şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova bildirib ki, yarandığı ilk günlərdən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinifi bərabərsizliyi ortadan qaldırıb. Bildirilib ki, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb, müvafiq sərəncamlar imzalanıb.
Daha sonra çıxış edən Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova deyib ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi qalıb. Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində qısa müddətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının tarixində silinməz iz buraxıb, milli dövlətçiliyimizin bərpasında bünövrə rolunu oynayıb.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Vaqifli isə deyib ki, bu gün hər bir Azərbaycan gənci Xalq Cümhuriyyətinin şərəfli tarixini dərindən öyrənməli və təbliğ etməlidir.
Daha sonra Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Fəridə Həsənova şeir kompazisiyası ilə çıxış edib.
Videokonfrans öz işini müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

