Pandemiya ilə mübarizə dövründə Azərbaycan polisinin üzərinə ağır məsuliyyət düşür
13.06.2020 [09:52]
Ekspertlərin fikrincə, polis əməkdaşları sərtləşdirilmiş karantin rejiminə nəzarəti yüksək səviyyədə təmin edib və öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər öz müsbət nəticəsini verib. Lakin karantin rejiminin yumşaldılması dövründə yoluxma hallarının artması məhdudlaşdırıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini gündəmə gətirib. Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən, ötən həftənin şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Təbii ki, sözügedən qərarın icrasını təmin etmək üçün Azərbaycan polisi öz xidməti borcunu peşəkarlıqla yerinə yetirib və sərt karantin rejiminin tələblərini pozanlara qarşı müvafiq tədbirlər görülüb.
Təəssüf ki, bəzi radikal müxalifət təmsilçiləri karantin rejiminin sərtləşdirilməsini sabotaj etməyə uğursuz cəhdlər göstərir, sosial şəbəkələrdə təxribat xarakerli çağırışlar səsləndirirlər. Buna baxmayaraq, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri indiki şəraitdə polis əməkdaşlarının öz peşə fəaliyyətini yerinə yetirmələrinə hərtərəfli dəstək verirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, xüsusi karantin rejiminə əməl olunmasına nəzarət üzrə əsas məsuliyyət Azərbaycan polisinin üzərinə düşür: “İctimai asayişi və qanunçuluğu qoruyan polis əməkdaşları pandemiya dövründə də əsl fədakarlıq nümayiş etdirirlər. Hər zaman dövlətçiliyimizə sadiq olan polislər ötən şənbə və bazar günlərində gücləndirilmiş iş rejimində çalışıb, sərtləşdirilmiş karantin rejiminə nəzarəti yüksək səviyyədə təmin ediblər. Polis əməkdaşları öz üzərlərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetiriblər”.
K.Əliyevanın sözlərinə görə, Azərbaycan cəmiyyəti, həmçinin polislərin qayğıkeşliyinin şahidi olub: “Məlum olduğu kimi, əhalinin sağlamlığınln qorunması və koronavirusun yayılmasının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi zamanı Azərbaycan polisi mühüm funksiya yerinə yetirir. Eyni zamanda xüsusi karantin rejimində polislər vətəndaşların da qayğısına qalırlar. Bu baxımdan, sosial şəbəkələrdə yayılan videogörüntülər təqdirəlayiqdir. Polis əməkdaşları humanizm nümunəsi göstərərək bir qadını bacısının dəfn mərasiminə çatdırır, ərzağa ehtiyacı olan digər qadına yardım edirlər. Belə nümunələr çoxdur”.
Bütün dünyanı bürüyən COVID-19-la mübarizə çərçivəsində dövlət tərəfindən lazımi addımlar atıldığını qeyd edən Milli Məclisin deputatı Ramil Həsən isə deyib ki, görülən bütün tədbirlər, qoyulan qadağalar əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunmasına yönəlib: “Azərbaycan hüquqi dövlətdir. Heç kim və heç nə qanunlardan üstün deyil. Yaddan çıxarmaq olmaz ki, dövlət o zaman güclü olur ki, qanunlar ali olur, qanunlar işləyir. Hər bir vətəndaş dövlətin bütün qanunlarının aliliyinə riayət etməlidir”.
Sərt karantin rejimi günlərində həyata keçirilən tədbirlərin icrası zamanı polisin fəaliyyəti ilə bağlı xarici ölkələrdən dəstək alan bəzi antimilli ünsürlərin sabotaj cəhdlərinə münasibət bildirən R.Həsən vətəndaşları sosial şəbəkələrdəki təxribat hallarına qarşı ayıq-sayıq olmağa çağırıb: “Yasamalda baş verən xoşagəlməz hadisə - vətəndaşın onu qanuna riayət etməyə dəvət edən polisə müqavimət göstərməyə çalışması, polisə qarşı digər hərəkətlər, eyni zamanda bəzi üzdəniraqların “beşinci kolon”un tör-töküntüləri vasitəsilə xaricdə oturub bu hadisələrdən Azərbaycanın əleyhinə istifadəetmə cəhdləri qınanılmalıdır. Hər bir vətəndaşımız tətbiq edilən qaydalara riayət etməli, polisinin və dövlətinin yanında olmalıdır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

