Türkiyə mətbuatında Əlincə qalasına həsr edilmiş məqalə işıq üzü görüb
30.06.2020 [09:45]
Türkiyənin “Son saat” qəzetində və sonsaat.com.tr saytında AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) “Teymurun qüdrətli ordusuna 14 il təslim olmayan – Əlincə qala” sərlövhəli məqaləsi işıq üzü görüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə Azərbaycanın dilbər guşələrindən olan Naxçıvanın tarixinin qəhrəmanlıq səhifələri ilə zəngin olduğu, bu diyarın məğlubedilməz Vətən övladlarının yurdu olduğu vurğulanıb. Qeyd edilib ki, “Şərqin qapısı” adlandırılan Naxçıvanda yerləşən Əlincə qalası da əfsanəyə çevrilən möhtəşəm tarixi ilə Azərbaycan xalqının qəhrəmanlıq simvoluna çevrilib.
Müəllif tarixi faktları diqqətə çatdıraraq yazıb ki, Əlincə qalası 1387-1401-ci illərdə, yəni 14 il ərzində dövrünün ən qüdrətli sərkərdəsi olan Əmir Teymurun qoşunlarının hücumlarına mərdliklə müqavimət göstərib. Həmin dövrdə qalanın yaxınlığındakı kəndə gizli yol var imiş. Ərzaq da məhz bu yolla qalaya gətirilirmiş. Su məsələsinə gəlincə, qalanın cəngavərləri min illərin sınağından çıxmış üsula əl atıblar. Onlar qayalarda şırımlar açıb və beləliklə, yağış suyunu şırımlar vasitəsilə su tutarlarına – qaya içində ovulmuş 7 hovuza toplayıblar. Bu gün kompleks şəkildə bərpa edilən Əlincə qalasında bir zamanlar döyüşçülərin su ehtiyacını ödəyən həmin hovuzlar təmizlənib. Daşdan yonulmuş bu hovuzlardan ən böyüyünün dərinliyi bir hissədə 8 metrə, digər hissədə isə 3 metrə çatır ki, bu da təxminən, 40 kubmetr su tutumuna imkan verir.
Bildirilib ki, qalanın tarixinə dair digər bir maraqlı fakt isə ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlərin məhz buradakı xəzinədə toplanmasından ibarətdir. Bir zamanlar qaladakı xəzinəni ələ keçirmək uğrunda qanlı toqquşmalar olub. Əlincə qalasının müdafiə sistemi o dərəcədə möhkəm idi ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz buraya sığınıblar.
Məqalə müəllif qeyd edib ki, Əlincə qalasını ziyarət edən bir sıra nüfuzlu xarici qonaqlar həmin tarixi abidəni Azərbaycanın “Maçu-Piçu”su adlandırıblar. Maraqlı məqam ondan ibarətdir ki, Əlincə qalası da, Maçu-Piçu da məhz 2007-ci ildə daha çox gündəmdə olub. Həmin il Maçu-Piçu dünyanın yeni yeddi möcüzəsindən biri kimi öz qiymətini alıb, Əlincə qalası isə dünya əhəmiyyətli ən möhtəşəm tarixi abidələr sırasına daxil edilib.
Müəllif Naxçıvanda tarixi abidələrə göstərilən diqqət və qayğıdan da bəhs edərək yazıb ki, bu qayğıdan Əlincə qalasına da pay düşüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən dağılıb tarix səhnəsindən silinməkdə olan Əlincə qalasında bərpa işləri aparılıb, tarixi abidə yenidən Azərbaycan xalqına qaytarılıb. Bu mənada “Tarixi yaşadanları tarix də yaşadacaq” sözləri öz ifadəsini həm də Əlincə qalasının timsalında tapmış oldu.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

