/ / Koronavirusa qarşı mübarizənin effektiv olması üçün ciddi sosial məsuliyyət nümayiş etdirməliyik
Koronavirusa qarşı mübarizənin effektiv olması üçün ciddi sosial məsuliyyət nümayiş etdirməliyik
03.07.2020 [08:55]
Ekspertlər qeyd edirlər ki, koronavirus pandemiyasının təsirlərindən mümkün qədər qorunmaq üçün hər bir şəxs vətəndaş məsuliyyəti ortaya qoymalı və bütün tələblərə riayət olunmalıdır
Son zamanlar dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Buna görə də hazırda bir çox ölkədə yenidən sərt karantin rejimi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və yeni məhdudiyyətlər tətbiq olunur.Yumşalma istiqamətində atılan addımlardan sonra Azərbaycanda da xəstələyin yayılma sürəti artdığı üçün 21 iyun tarixindən bəzi şəhər və rayonlarda karantin rejimi sərtləşdirilib. Lakin bəzi vətəndaşların karantin rejiminin qaydalarını kobud şəkildə pozması, məsuliyyətsizliyi cəmiyyət üçün ciddi təhlikə yaradır. Yeri gəlmişkən, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı bir qrup tibb işçisi ilə görüşündə Prezident İlham Əliyev hazırkı vəziyyətlə bağlı fikirlərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, məsuliyyətsizliyə qarşı dövlət nəzarəti, ictimai nəzarət olmalı, eyni zamanda, pandemiya şəraitində vətəndaşlar nizam-intizamı və məsuliyyəti daha da artırmalıdırlar.
Öz növbəsində ekspertlər qeyd edirlər ki, pandemiyaya qarşı mübarizənin səmərəliliyi insanların məsuliyyətli davranaraq karantin qaydalarına riayət etmələrindən asılıdır.
Məsələ ilə bağlı fikirlərini bölüşənYeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, son günlər Azərbaycanda koronavirusa yoluxmanın sayında artımın müşahidə olunmasının başlıca səbəbi bəzi vətəndaşların karantin qaydalarına düzgün riayət etməməsi, laqeydlik göstərməsidir. A.Hüseynov bildirib ki, hər kəs məsuliyyətsiz davranışlar nəticəsində özü ilə yanaşı, minlərlə, hətta on minlərlə insanın sağlamlığına və həyatına təhlükə yarada biləcəyini anlamalıdır: “Azərbaycan bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər görməkdədir. Dövlət tərəfindən zəruri resurslar vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Cənab Prezidentin də bəyan etdiyi kimi, bizim üçün vətəndaşın sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür. Hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısamüddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Vətəndaşlar qaydalara riayət etməli, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməlidir. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir”.
Milli Məclisin deputatı Afət Həsənova isə bildirib ki, yumşalmalar dövründə qaydalara tam riayət edilməməsi nəticə etibarilə koronavirusa yoluxmaların sayında artıma gətirib çıxardı ki, bu da yenidən sərt karantin rejiminin tətbiqini zərurətə çevirdi. Millət vəkilinin fikrincə, eyni vəziyyət təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə edilməkdədir. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər: “Hesab edirəm ki, karantin rejimi çərçivəsində insanların daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması növbəti günlərdə vəziyyətin yaxşılaşmasına və müsbət tendensiyanın müşahidə edilməsinə gətirib çıxaracaq. Hər kəs dərk etməlidir ki, bütün görülən tədbirlərin müsbət nəticə verməsi üçün vətəndaş məsuliyyəti mühüm əhəmiyyət kəsb edir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

