/ / Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin əməkdaşlığı nəticəsində aşkarlanmış korrupsiya hüquqpozmalarına dair cinayət işi məhkəməyə göndərilib
Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin əməkdaşlığı nəticəsində aşkarlanmış korrupsiya hüquqpozmalarına dair cinayət işi məhkəməyə göndərilib
25.08.2020 [08:44]
Ölkəmizdə iqtisadi fəallığın gücləndirilməsi, sahibkarlıq subyektləri üçün bazar imkanlarının genişləndirilməsi, onların hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi sahəsində keçirilmiş mütərəqqi islahatlara baxmayaraq, şəxsi maraqları naminə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarların hüquqlarını pozan vəzifəli şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, əvvəllər hər iki qurumun birgə yaydıqları məlumata əlavə olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyevin və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirovun vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanmaları qeyd olunub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul-avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğində pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə cari ilin martında Cahid Tahirov ilə birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Cinayət işi üzrə ibtidai istintaq avqustun 21-də tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34

