Pandemiya şəraitində göz sağlamlığını necə qorumaq lazımdır?
03.09.2020 [09:09]
Müxtəlif elmi-tədqiqat mərkəzlərinin araşdırmalarında və ekspert rəylərində diqqət yetirilən aktual məsələlərdən biri pandemiya şəraitində göz sağlamlığının qorunmasıdır. Dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyasının göz sağlamlığına təsiri, bu xəstəlikdən qorunma üsulları, bu kontekstdə riayət olunması zəruri olan qaydalar və vacib məlumatlar barədə İstanbul Tibb Universiteti İstanbul Tibb fakültəsində ixtisaslaşmış həkim-oftalmoloq Vüsalə Cəfərova ilə həmsöhbət olduq.
- Vüsalə xanım, COVID-19 infeksiyasının göz sağlamlığına təsiri barədə nə söyləmək olar?
- Dünyaya olduğu kimi, ölkəmizdə də təsiri altına alan yeni növ koronavirus (COVİD-19) infeksiyası həm də gözlərdən yoluxur. Koronavirus nezlə və qrip kimi “mukoza” dediyimiz selikli qişalar olan (dodaq, ağız içi, burun içi, göz ağı) qişalardan bulaşan bir virusdur. Yəni, nə qədər qoruyucu maska taxılsa da, əgər siz çirkli əllərlə gözünüzə toxunsanız, COVID-19-a yoluxma riski var. Bu riski azaltmaq üçün yuyulmamış əllərlə gözlərə, buruna və ağıza toxunmaqdan çəkinmək lazımdır. Bir sözlə, bu virusun ötürülməsinə ən çox meylli olan selikli qişalardır. Əllər doğru şəkildə təmizlənmədən ağız, burun və ya gözə aparılarsa, koronavirusa yoluxma riski yüksək olar. Bəzi xəstələr asimptomatik ola bilər, yəni qızdırma, nəfəs darlığı, öskürək kimi bilinən əlamətlər olmayan koronaviruslu xəstələrdə sadəcə konyuktivit əlamətləri də görülə bilir. Bununla bağlı çoxlu sayda araşdırmalar mövcuddur. Konyuktivit xalq arasında “qırmızı göz” adı ilə bilinən gözün ağlı qatını örtən qişanın və göz qapaqlarının içinin iltihablanmasıdır. Gözlərin qanlanması (qızarması), çapaqlanma, sulanma, qaşıntı, kirpiklərin bir-birinə yapışması, göz qapağında şişkinlik, yad cisim hissiyatı, alt göz qapağı içində folikullar, gözdə işığa qarşı həssaslıq konyuktivitin əlamətləridir. Belə xəstələrin COVID-19 olub-olmadığını ayırd etmək çox çətindir. Bu səbəbdən müayinə zamanı maksimum gigiyena qaydalarına xüsusi riayət edilməlidir.
- Ümumiyyətlə, COVID-19 və digər infeksion mənşəli xəstəlik keçirmiş insanların hansısa qalıcı oftalmoloji problemlə qarşılaşması mümkündürmü?
- Bəli, mümkündür. İstər COVID-19, istərsə də hər hansı digər bir infeksion mənşəli xəstəliyin keçirilməsi zamanı düzgün diaqnoz və müalicə aparılmadığı zaman bu, gözdə qalıcı fəsad buraxa, hətta korluğa səbəb ola bilər. Çünki proses müalicə olunmadığı zaman gözün daha dərin qatlarına irəliləyərək xəstəliyi daha da ağırlaşdırır və buynuz qişasının bulanmasına, gözlərdə qalıcı fəsadlara səbəb olur. Bəzən insanlar konyuktivit xəstəliyinə çox yüngül xəstəlik kimi baxırlar. Bununla da antigigiyenik şəraitdə xəstəliyi digər ailə üzvlərinə də yoluxdururlar. Konyuktivitin bulaşmasının qarşısını almaq üçün mütləq əllər tez-tez yuyulmalı, gözlər sağalana kimi kontakt lens taxmamalı, şəxsi dəsmal və makiyaj vasitələrini başqasıyla paylaşmamalıdır. Bundan başqa, dəsmal və yataq dəstələri tez-tez dəyişdirilməli, gözlər ovuşdurulmamalıdır.
- Yeri gəlmişkən, qarşıdakı günlərdə fəsil dəyişikliyinin də olacağını nəzərə alaraq mövsümi amillərin göz sağlamlığına təsiri haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, allergik konyuktivin 3 növü var: kəskin konyuktivit, mövsümi və ya tibbdə vernal konyuktivit və ilboyu davam edən konyuktivit. Bəzi insanlarda fəsil dəyişikliyi ilə əlaqədar olaraq ən çox bahar aylarında gözlərin həssaslığı artır. Belə ki, hər fəsil dəyişikliyində onlar gözlərində qaşıntı, qapaqlarında şişkinlik, sulanma, yad cisim hissiyatı, işığa həssaslıq və s. şikayətləri ilə həkimə müraciət edirlər. Belə xəstələr toza, günəş işığına və polenlərə qarşı çox həssas olurlar. Allergik xəstəlikləri tam aradan qaldırmaq olmur. Sadəcə, prosesi zəiflətmək olur. Bu xəstəlik ən çox uşaqlarda təsadüf edilir. Allergik konyuktivit çox vaxt allergik rinit və ekzema ilə bərabər müşahidə edilir. Belə xəstələrdə, ilk növbədə, xəstəliyi törədən səbəbləri aradan qaldırmaq lazımdır. Bunun üçün qan və dəri testi apararaq allergiyanı təyin etmək, sonra isə müalicə etmək lazımdır. Müalicədə antihistamin və topikal kortizonlu damlalardan istifadə edilir. Uşaqlarda çox vaxt oral olaraq antihistamin yazılır, amma uzun müddət istifadə düzgün deyil. Çünki göz quruluğu yarada bilər ki, bu da prosesi daha da kəskinləşdirər. Kortizonlu damlaları da uzun müddət istifadə etmək olmaz. Çünki göz təzyiqini artıraraq korluğa səbəb ola bilər.
- Nəhayət, insanlara göz sağlamlığının qorunması barədə hansı zəruri məlumat və tövsiyələri verə bilərsiniz?
- Pandemiya şəraitində rəqəmsal yayımdan istifadə artdığı üçün kompüter, telefon və televizordan daha çox istifadə edirik. Bu da göz qırpmalarımızın azalmasına, göz quruluğuna gətirib çıxarır. Uzun müddət ekrana baxdığımız zaman yaxına baxdığımızda sərf etdiyimiz enerji uzağa baxdığımızda sərf etdiyimiz enerjidən çox olduğu üçün gözlərimiz tez yorulur və quruyur. Biz oftalmoloqların 20/20/20 dediyimiz bir qayda var. Bu, ondan ibarətdir ki, hər 20 dəqiqədən bir 20 addımlıq məsafədə 20 saniyə bir əşyaya baxmaq gözləri yorulmaqdan qoruyur. Mümkün qədər uzunmüddətli kompüterlə işlədikdə hər 20-30 dəqiqədən bir ara vermək lazımdır.
Göz quruluğu olduğu zaman gözlər yorulur və əllərimizlə daha çox ovuşdururuq. Bu da virus və mikrobların gözə düşməsi üçün əlverişli şərait yaradır. Kontakt lens istifadə edənlər də mütləq lensi taxarkən və ya çıxararkən gigiyenaya diqqət etməli, mümkün qədər əllərini təmiz saxlamalıdır. Əgər işlə əlaqəli əlləri tez-tez yumaq mümkün deyilsə, bu zaman lens əvəzinə eynəkdən istifadə etmək lazımdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

