/ / Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır
03.09.2020 [09:15]
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır. Strategiya Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinə əsasən hazırlanır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihəyə çərçivəsində 2 regionda - Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında pilot aqrar məsləhət xidmətləri modelləri də tətbiq edilərək hökumətə tövsiyə olunacaq.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin proqram rəhbəri Rayner Freund bildirib ki, Azərbaycan dövlətinin aqrar sahənin inkişafı üçün gördüyü işlərin tərkib hissəsi kimi başlanan “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində görüləcək işlərin dayanıqlı və uzunömürlü olması çox vacibdir: “Layihə çərçivəsində işlənəcək pilot aqrar xidmətlər modelləri gələcəkdə ölkədə qurulacaq modellərin necə olacağını göstərəcək”.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb: “Biz çalışmalıyıq ki, aqrar məsləhət xidmətlərinin icrası ilə bağlı tövsiyələrimiz qanunvericilik çərçivəsində öz əksini tapsın”.
Aqrar Elm və İnnovasiya Mərkəzinin İctimai informasiya və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Yaqub Quliyev layihə ilə bağlı gözləntinin Azərbaycanda aqrar məsləhət xidməti üçün yerli şəraitə uyğun bir sistem yaradılması olduğunu bildirib: “Ən vacib məsələlərdən biri Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqə qurulmasıdır. Bu da səmərəli aqrar məsləhət xidmətini təmin edəcək”.
Qeyd edək ki, layihənin İdarə heyətinin iclasında 2 pilot regionda və hədəf regionu kimi seçilmiş Lənkəran iqtisadi rayonunda 700-dən artıq fermer arasında aqrar məsləhət xidmətləri barədə götürülmüş sorğunun nəticələri müzakirə olunub. Bildirilib ki, inkişaf etmiş ölkələrin aqrar məsləhət xidməti modelləri pilot olaraq seçildikdə bu sorğuların nəticələrinə uyğun olaraq lokallaşdırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

